Vladimir Putin Türkiyə Prezidentinə başsağlığı verib

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Bolu vilayətində dağ-xizək kurortunda baş vermiş yanğınla bağlı başsağlığı verib.

Polise.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Hörmətli Prezident, Bolu vilayətində dağ-xizək kurortunda baş vermiş yanğının faciəvi nəticələri ilə bağlı dərin hüznlə başsağlığımızı qəbul edin. Həlak olanların doğmalarına və yaxınlarına başsağlığı və dəstək, eləcə də bütün xəsarət alanların tezliklə sağalmasını arzulayıram”, – deyə teleqramda bildirilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button