İmişlidə qəzada zərərçəkənləri DİN rəhbərliyi qəbul etdi

İmişli rayonu ərazisində yanvarın 18-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində zərərçəkənlər Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi tərəfindən qəbul edilib.

Bu barədə Teleqraf.com-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, qəbulda ailə üzvlərinə hadisənin təfərrüatları, maddi sübutlar – görüntülər göstərilib, aidiyyəti üzrə istintaqın gedişi ilə bağlı məlumat verilib.

Vurğulanıb ki, DİN tərəfindən hadisə üzrə istintaqın obyektiv aparılması, zərərçəkənlərin hüquqlarının təmin olunması üçün bütün zəruri tədbirlər diqqət mərkəzində saxlanılır.

Görüşdə zərərçəkənləri maraqlandıran suallar cavablandırılıb.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button