HƏMAS İsraili Qəzzada atəşkəsin yerinə yetirilməməsinə görə günahlandırdı

Fələstinin HƏMAS hərəkatı İsraili Qəzza zolağında atəşkəs razılaşmasını yerinə yetirməkdə mümkün uğursuzluqlarda ittiham edib.
Polise.az xəbər verir ki, bu barədə hərəkatın “Telegram” kanalında məlumat verilib.
“Düşmən sazişin bəzi bəndlərini yerinə yetirməkdə ləng gedir – xüsusən də, Əl-Rəşid oxundan olan köçkünlərin anklavın cənubundan şimalına qayıtmasına imkan vermir. Bu baxımdan, HƏMAS razılaşmanın həyata keçirilməsində baş verən hər hansı uğursuzluqlara və onların nəticələrinə görə İsraili ittiham edir”, – bəyənatda qeyd olunub.
Polise.az



