ABŞ Meksika sərhədinə zirehli personal daşıyıcıları yerləşdirməyə hazırlaşır – KİV

ABŞ hökuməti Meksika sərhədinə “Stryker” zirehli transportyorları ilə bölmələr yerləşdirməyi planlaşdırır.

Polise.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.

Nəşrin mənbələrinin məlumatına görə, ABŞ Meksika ilə sərhədə bir neçə min əlavə hərbçi, o cümlədən “Stryker” zirehli transportyorları ilə təchiz olunmuş piyada qoşunları göndərmək niyyətindədir.

Nəşr qeyd edir ki, ABŞ ordusunun 82-ci hava-desant diviziyasından da daxil olmaqla ümumilikdə 10 minə qədər hərbçinin bu əraziyə köçürülməsinin mümkünlüyü müzakirə edilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button