Bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlandı

İlkin nəticələrə əsasən, bələdiyyə seçkilərində 7791 şəxsin qalib gəldiyi təsdiqlənib.
Polise.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 29-da baş tutan bələdiyyə seçkilərinin ilkin nəticələrinə dair keçirilən brifinqdə deyib.
O bildirib ki, qalib seçicilərin siyahısı qurumun saytında yerləşdirilib.
Qeyd olunub ki, səhərə qədər bütün nəticələr formalaşacaq və yekun siyahı dərc olunacaq.
Polise.az



