İsveçin baş naziri: Məktəbdəki atışma ölkə tarixindəki ən pis hadisədir

İsveçin baş naziri Ulf Kristersson Erebru məktəbində baş verən atışma hadisəsinə münasibət bildirib.
Polise.az xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında yazıb.
Kristerrson qeyd edib: “Bu gün biz tamamilə günahsız insanlara qarşı amansız, ölümcül zorakılığın şahidi olduq. Bu, İsveç tarixindəki ən dəhşətli kütləvi atışmadır”.
Polise.az



