Azərbaycanda boş nazir postunun sayı ikiyə çatıb

Hazırda Azərbaycanda iki nazir postu boşdur.

Polise.az xəbər verir ki, bunlardan biri maliyyə, digəri isə ekologiya və təbii sərvətlər naziri vəzifəsidir.

Prezident İlham Əliyevin yanvarın 10-da imzaladığı Sərəncamla maliyyə naziri Samir Şərifov vəzifədən azad olunub. O, 2006-cı ildən adıçəkilən vəzifədə çalışırdı. Dövlət başçısının digər sərəncamı ilə S.Şərifov Baş nazirin müavini təyin olunub.

Prezident İlham Əliyev fevralın 5-də imzaladığı sərəncamla ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tutduğu vəzifədən azad edilib. O, 2018-ci ildə nazir vəzifəsinə gətirilmişdi. Dövlət başçısının digər sərəncamı ilə M.Babayev Prezidentin İqlim məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub.

Hələlik maliyyə və ekologiya və təbii sərvətlər nazirləri postuna yeni təyinat yoxdur.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button