Transmilli mütəşəkkil cinayətkarlığa – insan alverinə qarşı növbəti seminar Qubada keçirilib FOTOLAR

Bu gün Quba rayonu I-Nügədi kənd 1N-li məktəbində Quba rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə insan alveri cinayətinə qarşı mübarizə tədbirləri çərçivəsində maarifləndirmə seminarı keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyinin sədri Eynulla Xeyrullayev, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT koalisiyasının regional koordinatoru, həmçinin Quba rayonu İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Cahid Mustafayev və I-Nügədi kənd 1N-li məktəbinin direktoru Arzu Hüseynova iştirak edərək cəmiyyətə narahatlıq doğuran transmilli cinayət və onun fəsadları barədə məktəblilərə məlumat veriblər.
Seminarda iştirak edən məktəblilər, insan alveri mövzusunda onları maraqlandıran sualları iştirakçılara ünvanlayaraq ətraflı cavablar almışlar. Eynulla Xeyrullayev çıxışında bu kimi tədbirlərin gənc nəsillərə bu ciddi problemin qarşısının alınması və onunla mübarizə yolları haqqında məlumat vermək baxımından mühüm olduğunu qeyd edib.
Tədbirin sonunda məktəblilərin problem haqqında onları maraqlandıran suallarına ətraflı cavablar verilib.
Polise.az