Azərbaycan vətəndaşlarının, avtomobillərinin və yüklərinin maneəsiz keçidi təmin edilməlidir

Ermənistan rəhbərliyinin son dövrlərdə Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər pozitiv hesab oluna bilər. Lakin bunlar hələlik söz olaraq qalır və real addımlarla müşayiət olunmur.
Rəsmi Bakının mövqeyi də bu məsələdə qəti və dəyişməzdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, 10 noyabr üçtərəfli Bəyanatına uyğun olaraq Ermənistan vətəndaşlarımızın və nəqliyyat vasitələrinin Azərbaycandan Azərbaycana maneəsiz keçidini təmin etməlidir. Bu, Ermənistanın üzərinə götürdüyü öhdəlikdir.
Son dövrlərdə Ermənistanın tərəfindən bu cür açıqlamalar səsləndirməsi isə Azərbaycan tərəfindən açıq şəkildə verilən mesajların nəticəsidir. Azərbaycan rəsmi İrəvana bildirir ki, əgər Ermənistan üçtərəfli Bəyanatda götürdüyü öhdəliyi yerinə yetirməsə, alternativ variantlar var. Belə ki, İran ərazisindən keçməklə Zəngəzur dəhlizinə paralel Araz yolu layihəsi işə salınacaq. Nəticədə Ermənistan bir daha qlobal layihələrdən kənarda qalacaq. Qərb qonşumuz anlayır ki, Zəngəzur dəhlizindən və Orta Dəhlizdən kənarda qalmaq onun üçün ciddi iqtisadi və geosiyasi itkilər deməkdir.
Ermənistanın bu prosesi uzatmaqda əsas məqsədi iki aspektdən ibarətdir: Rusiyanın nəzarətini aradan qaldırmaq və prosesi mümkün qədər uzadaraq öz maraqlarına uyğun daha əlverişli şərtlər əldə etmək. Lakin Azərbaycanın mövqeyi qəti və dəyişməzdir. Ermənistan Azərbaycan vətəndaşlarına, avtomobillərinə və yüklərinə maneəsiz keçidi təmin etməlidir. Böyük ehtimalla, bu belə də olacaq. \Respublika.az Oqtay QASIMOV, politolo



