Zelenski Trampla razılaşma əldə etmədən Ağ evi tərk edib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-da Prezident Donald Trampla gərgin görüşün keçirildiyi Oval kabineti yarımçıq tərk edib.
Polise.az-ın məlumatına görə, Ukrayna lideri əvvəl planlaşdırıldığı kimi minerallar haqqında saziş imzalamadan və Trampla birgə mətbuat konfransı keçirmədən gedib.
O, korteji ilə yola düşməzdən əvvəl mətbuata açıqlama verməyib.
Polise.az



