“MƏN KART OYNAMAĞA GƏLMƏMİŞƏM…” – Zelenskinin Tramp və Venslə mübahisəsinin TAM MƏTNİ + VİDEO (Yenilənib)

“Bir dəfə də Ukraynaya gəlməmisiniz, hansı diplomatiyadan danışırsınız?”
Dünən Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Cey Di Vens və Ukrayna Prezidenti Violodimir Zelenski arasında yaşanan mübahisə dünya siyasətinin əsas gündəm mövzusudur.
Görüş zamanı tərəflər Ukraynada müharibənin necə dayandırılacağını müzakirə ediblər. Vens müdaxilə edənə qədər dialoq normal məcrada davam edib. Vens Ukrayna Prezidentini dolayısı ilə nankorluqda və müharibəni davam etdirmək sitəməkdə ittiham edəndən sonra vəziyyət gərginləşib. Nəticədə tərəflər arasında az qala qarşıdurmaya çevrilən gərginlik yaşanıb, əvvəldən nəzərdə tutulan Ukrayna təbii sərvətlərinə dair razılaşma sənədi imzalanmayıb və Zelenski vaxtından əvvəl Vaşinqtonu tərk edib.

Tramp: Biz özümüzü çox yaxşı və çox güclü hiss edəcəyik. Siz hazırda heç də ən yaxşı vəziyyətdə deyilsiniz.
Zelenski: Müharibənin lap əvvəlindən…
Tramp: Siz özünüzün çox pis vəziyyətə düşmənizə imkan vermisiniz. Hazırda heç bir kartınız yoxdur.
Zelenski: Mən kart oynamağa gəlməmişəm.
Tramp: Siz kart oynayırsınız. Siz milyonlarla insanın həyatı ilə oynayırsınız. Üçüncü Dünya Müharibəsi ilə oynayırsınız. Siz Üçüncü Dünya Müharibəsi ilə oynayırsınız və etdiyiniz iş sizi çoxlarının düşündüyünə görə, etməli olduğundan daha çox dəstəkləyən bu ölkəyə qarşı böyük hörmətsizlikdir.
Vens: Siz bircə dəfə “sağ ol” demisiniz?
Zelenski: Dəfələrlə.
Vens: Xeyr, bütün görüş boyu “sağ ol” dediniz? Siz Pensilvaniyaya getdiniz və oktyabrda müxalifət üçün kampaniya apardınız. Amerika Birləşmiş Ştatlarına və ölkənizi xilas etməyə çalışan prezidentə bir neçə təşəkkür sözü deyin.
Zelenski: Zəhmət olmasa, əgər düşünürsünüzsə ki, müharibə haqqında çox yüksək səslə danışacaqsınız…
Tramp: O, yüksək səslə danışmır. Ölkənizin böyük problemləri var.
Zelenski: Bilirəm. Soruşa bilərəm…
Tramp: Yox, yox, kifayət qədər dediniz. Ölkənizin böyük problemləri var.
Zelenski: Bilirəm.
Tramp: Siz qalib gəlməyəcəksiniz. Bizim sayəmizdə sudan quru çıxmaq üçün böyük şansınız var.
Zelenski: Cənab Prezident, biz ölkəmizdə güclü olaraq qalırıq. Müharibənin əvvəlindən biz tək idik və minnətdarıq… Mən bu ofisdə sizə “sağ ol” dedim.
Tramp: Siz tək deyildiniz. Biz sizə bu axmaq prezident vasitəsilə 350 milyard dollar verdik. Biz sizə hərbi texnika verdik. Sizin xalqınız cəsurdur, amma bizim silahlarımızdan istifadə ediblər. Əgər bizim hərbi texnikamız olmasaydı, bu müharibə iki həftəyə bitəcəkdi.
Zelenski: Üç günə, bəli. Mən bunu artıq Putindən eşitmişəm. Üç gün ərzində…
Tramp: İşləri bu cür aparmaq çox çətin olacaq
Vens: Sadəcə, “sağ ol” deyin.
Zelenski: “Sağ ol” dedim – Amerika xalqına “sağ ol” dedim.
Vens: Fikir ayrılıqlarının olduğunu qəbul edin və haqsız olduğunuz halda bununla Amerika mediasında mübarizə aparmaqdansa, özümüz aydınlaşdırmağa çalışaq.
Tramp: Baxın, düşünürəm ki, Amerika xalqının nə baş verdiyini görməsi yaxşıdır. Hesab edirəm ki, bu, çox vacibdir. Buna görə də bunu çox uzun vaxt edirəm. Minnətdar olmalısınız. Sizin kartınız yoxdur. Orda dəfn olunmusunuz, insanlar ölür, əsgəriniz çatmır. Bax, sizin əsgərləriniz çatmır. Siz isə bizə deyirsiniz: “Mən atəşi dayandırmaq istəmirəm, atəşi dayandırmaq istəmirəm, (müharibəni) davam etdirmək istəyirəm”. Əgər siz indi atəşkəs əldə edə bilsəydiniz, mən sizə deyirəm, bunu qəbul edərdiniz ki, güllələr uçmağı dayandırsın və xalqınız ölməyi dayandırsın.
Zelenski: Bəli, əlbəttə, mən müharibəni dayandırmaq istəyirəm. Ancaq sizə dediyim kimi, zəmanətlə. Bizim insanlardan soruşun ki, atəşkəs olsun, onlar bu barədə nə düşünür?
Tramp: O mən deyildim. Ağıllı adam olmayan Bayden adlı bir oğlanla idi.
Zelenski: Bu, sizin prezidentiniz idi!
Tramp: Bu, sizə yataq dəsti verən Obama ilə olub. Mən sizə “Javelin” verdim. Mən sizə nizə verdim ki, bütün bu tankları məhv edə biləsiniz. Obama sizə yataq dəsti verdi. Əslində, Obama yataq dəsti, Tramp isə “Javelin”lər verdi. Siz daha çox minnətdar olmalısınız, çünki sizə deyim ki, kartlarınız yoxdur. Bizimlə kartlarınız var, amma bizsiz heç bir kartınız yoxdur. Bu, asan sövdələşmə olmayacaq, çünki münasibət dəyişməlidir.
Polise.az