Müharibə Rusiyanı tükəndirib-İDDİA

Savaşın hər günü bu ölkəyə təqribən 1 milyard dollara başa gəlir; mütəxəssislərə görə, itkisi qazancından çoxdur

“Rusiya öz gücünü bərpa etmək üçün müharibədə fasiləyə nail olmaq istəyir. Hazırda müharibənin bir günü bu ölkəyə təqribən 1 milyard dollara başa gəlir”. Bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib. O, sözügedən məbləğin Rusiyanın dövlət büdcəsinin 41 faizini təşkil etdiyini, habelə rəsmi Moskvanın hərbi sənaye istehsalının həcmini bundan daha çox artırmasının mümkün olmadığını da söyləyib. Budanova görə, Ukraynadan fərqli olaraq, Rusiya öz daxili imkanlarından istifadə edir.

ABŞ dövlət katibi Marko Rubio isə Ukraynadakı münaqişənin həllinin Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsini tələb etməyəcəyinə ümid etdiyini deyib. O əmin edib ki, ABŞ-ın əlində Rusiyanın “xərclərini artırmağa” imkan verən alətlər var. “Lakin ümid edirik ki, bu, belə olmayacaq”, – Rubio bildirib və əlavə edib ki, Kiyevə gələcək yardımlar Ukrayna nümayəndə heyəti ilə görüşdən asılı olacaq. Öz növbəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynaya göndərilən hərbi yardımla bağlı şok açıqlama verib. Onun sözlərinə görə, Ukraynaya elə həcmdə silah tədarük edilib ki, hətta tədarük dayandırılsa belə, bu silahlar aylarla döyüş əməliyyatlarını davam etdirmək üçün kifayət edəcək.

O əlavə edib ki, Qərbin Ukraynaya göstərdiyi hərbi dəstək münaqişənin uzanmasına səbəb olur və vəziyyəti daha da gərginləşdirir. Dmitri Peskov həmçinin Space X şirkətinin rəhbəri İlon Maskın Ukraynaya təqdim etdiyi Starlink peyk rabitə sistemi ilə bağlı mümkün ssenarilərdən də danışıb. Onun fikrincə, əgər Mask Ukraynanı Starlink xidmətindən ayırsa, Kiyev çox qısa müddətdə alternativ rabitə sistemləri əldə edəcək.

Kreml bu razılığa qarşılıq verəcəkmi? Müharibə doğrudanmı Rusiyanı yıpradıb və Moskva atəşkəsdə maraqlıdır?

Vüqar İskəndərov: Minsk qrupunun bərpası cəhdləri Qərbin siyasi riyakarlığının təzahürüdür

Vüqar İskəndərov 

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov “Yeni Müsavat”a müharibə aparan tərəflərin hər ikisinin yorulduğunu qeyd etdi: “Rusiya özünün hərbi potensialını artırmaq üçün çox böyük maliyyə xərcləyir. Paralel olaraq mülki zavod və fabriklərin fəaliyyətini də hərbi istiqamətə yönləndirib, silah istehsal edir. Hətta arsenalını artırmaq üçün müasir silahlar, özündə olmayan, yaxud az olan PUA-lar, digər vacib texnikalar, ehtiyat hissəsləri idxal edir. Yəni hər atılan giliz, güllə maliyyə deməkdir. Bir günə əgər 1 milyard dollar xərclənirsə, bu böyük məbləğdir. Bu həm də Rusiyanın büdcəsinə, iqtisadiyyatına çox böyük təsir edir, ziyan vurur. Təsəvvür edin ki, bu proses 3 ildir davam edir. Düzdür, Rusiya müəyyən torpaqlar əldə etsə də, əslində büdcəsinə böyük bir məbləğdə zərər vurur. Hələ üstəlik, insan itkisini də qeyd etsək çox dəhşətli bir mənzərənin şahidi oluruq. Bu baxımdan müharibənin sonu hər iki tərəf üçün olduqca vacibdir”.

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə müavini - Azərbaycan Milli İstiqlal Partiyası

Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Rusiyanın atəşkəsə getmək istəyində olduğunu bildirdi: “Rusiya 3 illik müharibə gedişatında iqtisadi, hərbi cəhətdən tükənməyə doğru gedir. Baxsaq görərik ki, 2022-ci ildən bəri tutduğu ərazilərin demək olar ki, hamısını 2023-cü ilin payızına qədər tutub və ondan sonra ciddi irəliləyişlər əldə edə bilməyib. Burada Ukraynanın göstərdiyi dirəniş və müqavimət əsas rol oynasa da, Rusiyanın hərbi kontingentinin zəifləməsi və irəliləmə gücünün olmaması da ciddi səbəbdir. Belə bir situasiyada əlavə nəfəs alıb güc toplamaq üçün müvəqqəti də olsa azı bir aylıq atəşkəs yuxarıda göstərdiyim şərtlərdə çox vacibdir. Belə bir şəraiti ABŞ Prezidenti Tramp bilərəkdən, yaxud bilməyərəkdən Rusiya üçün yaratmışdı. 28 fevralda Oval salonunda baş verənlər rəsmi Moskvanı çox ümidləndirmişdi. Hamı gördü ki, Tramp və vitse-prezidenti Ukrayna prezidentini az qala kapitulyasiya aktını imzalamağa məcbur edirdilər. Əks halda, Ukraynaya hərbi dəstəyin birdəfəlik dayandırılacağı, kəşfiyyat məlumatlarının ötürülməyəcəyi bildirilirdi. Hətta dəfələrlə bəyanat verərək Zelenskinin istefa verməsini, yaxud seçki keçirməsini, onun nüfuzunun cəmi 4 faiz olduğunu bildirirdilər. Əgər belə bir plan baş tutardısa, o zaman Rusiya məmnuniyyətlə atəşkəsə gedərdi. Çünki onun müharibəyə başladığı vaxt ortaya qoyduğu əsas şərtlər qismən də olsa həyata keçmiş olardı”.

Ekspert düşünür ki, Rusiya hazırkı durumunu nəzərə almaqla atəşkəs danışıqlarına getməyə məcburdur: “Çünki Ciddədən sonra ABŞ-la danışıqlarda əlavə şərtlər ortalığa qoyarsa, bu dəfə sülhə doğru getmək istəməyən ölkə olaraq onu ittiham edəcəklər və Ukraynaya indiyə qədər olunandan daha çox yardım edilə bilər. Sözsüz ki, bu da o halda mümkün olacaq ki, Donald Tramp əvvəlki mövqeyindən fərqli siyasət ortaya qoysun. Rusiya isə bu məsələdən hazırda çox narahatdır. Kremlin təbliğatçılarından biri martın 11-də sosial şəbəkə hesabında yazmışdı ki, biz sonuna qədər Trampın hansı mövqedə olacağını, müharibəyə olan hazırkı yanaşmasının dəyişib-dəyişməyəcəyini müəyyənləşdirə bilmirik. Beləliklə, deyə bilərəm ki, Rusiya vəziyyətinin “üstün” mövqedə olduğunu göstərməklə atəşkəsə getməyə maraqlı olacaq”./Musavat/

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button