Vens: “Tramp Şərqi Avropada nüvə silahının yerləşdirilməsi fikrini dəstəkləmir”

ABŞ Prezidenti Donald Trampın administrasiyası Şərqi Avropada nüvə silahının yerləşdirilməsi ideyasını dəstəkləmir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens “Fox News”a müsahibəsində bildirib.

“Mən bu məsələni prezidentlə müzakirə etməmişəm, lakin o, nüvə silahının daha da irəlidə – Şərqi Avropada yerləşdirilməsini dəstəkləsəydi, şoka düşərdim. Biz bəşər sivilizasiyasının gələcəyindən danışırıq”, – siyasətçi deyib.

Martın 6-da Tramp bildirib ki, Ağ Ev administrasiyası nüvəsizləşdirmə üzrə Rusiya və Çinlə danışıqlar aparmaq istəyir.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button