“Meydan TV” işi üzrə saxlanılan Ülvi Tahirovun həbs müddəti uzadılıb – YENİLƏNİB

Məhkəmə “Meydan TV” işi üzrə saxlanılan Ülvi Tahirov barəsində qərar verib.

“Report”un məlumatına görə, Xətai Rayon Məhkəməsində keçirilən prosesdə onun barəsində olan həbs qətimkan tədbirinin 3 ay müddətə uzadılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, Ülvi Tahirov qaçaqmalçılıqda ittiham olunur.

12:18

Məhkəmə “Meydan TV” işi üzrə saxlanılan Ramin Cəbrayılzadə (Deko) barəsində qərar verib.

“Report”un məlumatına görə, Xətai Rayon Məhkəməsində keçirilən prosesdə onun barəsində olan həbs qətimkan tədbirinin 3 ay müddətə uzadılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, Ramin Cəbrayılzadə qaçaqmalçılıqda ittiham olunur.

Xatırladaq ki, “Meydan TV” işi üzrə Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıblar.

Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha sonra Xətai rayon Məhkəməsində onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Polise.az

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button