Trampın sülh ümidlərini Putin məhv edir?

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts Rusiyanın Ukraynaya qarşı müharibəsinin həlli ilə bağlı “ehtiyatlı optimizm” ifadə edib.
Musavat.com xəbər verir ki, bu barədə o, “Fox News”da danışıb.
“Bizim ehtiyatlı nikbinliyimiz var. Biz ukraynalıların dövlət katibi Marko Rubio ilə birlikdə Oval kabinetdən Səudiyyə Ərəbistanının Ciddə şəhərinə getdiyini gördük. Siz də prezident Putinin mətbuat konfransını gördünüz. Təbii ki, hər iki tərəf öz tələblərini irəli sürəcək və güzəştə getməli olacaq. İndi əsl diplomatiya gedir”, – Mayk Uolts qeyd edib.
O, Trampın xüsusi elçisi Stiv Uitkoff ilə danışdığını da söyləyib:
“Uitkoff Trampın qiymətləndirməsi və sonrakı addımlarla bağlı alacağı qərarlara görə məlumat toplayır”.
Polise.az