Azərbaycanda 32 yaşlı xanım məmuru oğurlayanlara cəza verildi

Gədəbəy rayonunda dövlət qurumlarından birinin əməkdaşı olan 1991-ci il təvəllüdlü Aysel Kərimovanı (şərti ad-soyadlı) oğurlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qurudərə kənd sakini, 1987-ci il təvəllüdlü Ruslan Həsənov 9, Slavyanka kənd sakini, 1979-cu il təvəllüdlü Ayaz Hümbətov 8 il 6 ay və Gədəbəy şəhər sakini, 1994-cü il təvəllüdlü Qabil Məmmədcəfərov isə 8 il müddətə azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 144.3-cü (Adam oğrluğu) maddəsi ilə təqsirli biliniblər.

Müəyyən edilib ki, cinayəti Ruslan Həsənov təşkil edib və o, A.Kərimova ilə evlənmək niyyətində olub. Lakin qızın və ailəsinin buna razı olmayacağını bildiyi üçün əmisi oğlu Ayaz və sürücü Qabillə bu əməli planlaşdırıb. Onlar 32 yaşlı qızı Şəmkirdəki qohumlarının evinə aparsalar da, növbəti gün polis tərəfindən yaxalanıblar.

Polise.az

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button