Moskva və Vaşinqton Rusiya – Ukrayna münaqişəsinin həlli üçün ekspert qrupları yaradacaq

Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp telefon danışığında Rusiya – Ukrayna münaqişəsinin həlli istiqamətində səyləri, o cümlədən Amerika liderinin təkliflərini nəzərə almaqla davam etdirmək niyyətlərini təsdiqləyiblər.
“Polise.az ” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti söhbətdən sonra məlumat yayıb.
“Liderlər ikitərəfli qaydada, o cümlədən ABŞ Prezidentinin qeyd olunmuş təkliflərini nəzərə alaraq, Ukrayna münaqişəsinin nizamlanmasına nail olmaq üçün səyləri davam etdirmək niyyətlərini təsdiqləyiblər”, – məlumatda bildirilib.
Qeyd olunub ki, bu məqsədlə Rusiya və Amerika ekspert qrupları yaradılır.
Polise.az







