DİN yeniyetməyə xəsarət yetirən şəxsin saxlanıldığını bildirib – YENİLƏNİB

Polis yeniyetməyə xəsarət yetirən şəxsin saxlanıldığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan “Report”un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, iyunun ayının 5-də Gəncə Şəhər Baş Polis İdarəsinə yetkin yaşına çatmayan şəxsin kəsici-deşici alətlə xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2010-cu il təvəllüdlü R. İ saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Gəncədə yeniyetmə bıçaqlanıb.
“Report”un Qərb bürosunun məlumatına görə, 15 yaşlı Ü.Əsgərov park ərazisində mübahisə zəminində bıçaq xəsarəti alıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti normal qiymətləndirilir.
Hadisəni törətməkdə onun tanışı şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.
Polise.az