Ermənistanda daha bir nazir müavini istefa verdi
Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan tutduğu vəzifədən azad edilib.
“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə parlament müdafiə komissiyasının rəhbəri Andranik Koçaryan itkin düşən erməni hərbçilərinin yaxınları ilə görüşdə deyib.
Buna baxmayaraq, Ermənistan Müdafiə Nazirliyinin qarşısına toplaşmış itkin düşmüş hərbçilərin valideynləri vəzifəsindən istefa verib-verməməsindən asılı olmayaraq, Q. Balayanın onların qarşısına çıxıb hesabat verməsini tələb ediblər.