Putinin iqamətgahına hücum Bakıdan necə görünüb?

Rusiya Novqoroddakı hadisə barədə ABŞ-yə sübutlar göndərəcək, Azərbaycan paytaxtından isə…
Rusiya hərbçiləri ötən il dekabrın 29-na keçən gecə Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına hücuma cəhd edən Ukraynaya məxsus pilotsuz təyyarələrdən birinin naviqasiya sisteminin xüsusi texniki ekspertizasının nəticələri barədə məlumat yayıb. Musavat.com xəbər verir ki, Rusiya mediası xəbər verir ki, bu ölkənin kəşfiyyatı Ukraynaya məxsus PUA-ya yüklənmiş uçuş tapşırığı faylını çıxara biliblər.
Qeyd olunub ki, marşrut məlumatlarının dekodlanması hücumun son hədəfinin Rusiya prezidentinin iqamətgahı olduğunu göstərib. “Materiallar müəyyən edilmiş kanallar vasitəsilə Amerika tərəfinə veriləcək” deyə, məlumatda bildirilib.
![]()
Bundan əvvəl Rusiya Aerokosmik Qüvvələrinin (VKS) zenit-raket qoşunlarının rəisi, general-mayor Aleksandr Romanenkov Rusiya prezidentinin iqamətgahına Ukrayna pilotsuz təyyarəsinin hücumunun dəf edilməsinin təfərrüatlarını açıqlamışdı.
ABŞ prezidenti Donald Tramp öz sosial şəbəkəsində “New York Post” qəzetində Putinə sui-qəsdlə bağlı dərc edilən redaksiya məqaləsini paylaşıb. Bu isə Trampın Kremlin “sui-qəsd” yalanına gerçək reaksiyasını göstərir.
Amma Bakıda bəziləri bunun əksini düşür, hətta ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Con Retkliff Prezident Trampa “Rusiya yalan danışır, Ukrayna dronları Putinin iqamətgahına hücum etməyib” dediyinin iddia edir. Bu barədə politioloq Şahin Cəfərlinin “Facebook” hesabından paylaşdığı status diqqət çəkir.
Ş.Cəfərli yazır: “Bu raporu aldıqdan sonra Tramp mühafizəkar “New York Post” qəzetinin məhz Rusiyanın sülhə mane olduğu vurğulanan sərt məzmunlu redaksiya məqaləsini öz sosial media hesabında paylaşıb.
Yazıda bildirilir ki, Ukrayna tərəfi bir çox kompomisə gedib və ötən bazar günü Tramp‐Zelenski görüşündən sonra sülhlə bağlı ehtiyatlı nikbinlik var idi, hətta Prezident Tramp müharibənin sonunun heç vaxt olmadığı qədər yaxın olduğunu söyləmişdi: “Lakin Rusiya diktatoru Putin bunun əvəzinə yalanı, nifrəti və ölümü seçdi”. “New York Post” xatırladır ki, Rusiya Ukraynada sivil hədəflərə hücum edir, dinc insanları öldürür, uşaqları oğurlayır, əsirlərə işgəncə verir və onları qətlə yetirir. “Bundan əlavə, Moskva dəfələrlə Zelenskini öldürməyə cəhd edib, bu səbəbdən Putinə qarşı istənilən zərbə əslində haqlı olardı”, deyə yazıda vurğulanır. Qeyd olunur ki, Alyaskada olduğu kimi, Putinə yenə sülh təklif edildi, o isə ABŞ‐nin üzünə tüpürdü, buna cavab böyük güzəştlər yox, böyük dəyənək olmalıdır: “Kiyev öz üzərinə düşənləri etdi. Məsuliyyət indi Putinin üzərindədir. O, ya müvafiq addımlar atacaq, ya da daha sərt sanksiyalarla və Ukraynaya daha ölümcül silahların verilməsi ilə üzləşəcək…”
Bu hekayədə sual doğuran məqam ondan ibarətdir ki, Rusiya ABŞ‐nin həm texniki‐texnoloji, həm də insan mənşəli məlumat toplama imkanlarının çox geniş olduğunu bildiyi halda, niyə bu yalanı uydurdu?”

Politoloq yazır ki, sülh prosesi Ukrayna və Avropa diplomatiyasının ciddi səyləri, ABŞ tərəfində isə dövlət katibi Rubio və Trampın kürəkəni Kuşnerin onların (Ukrayna və Avropanın) mövqeyinə diqqət və anlayışla yanaşması nəticəsində Putinin Ukrayna ilə bağlı hədəflərini, planlarını, düşüncəsini puça çıxaracaq bir mərhələyə gəlib çatıb: “Söhbət ondan getmir ki, 20 maddəlik sülh planı Ukrayna üçün idealdır, əladır. Xeyr, belə deyil. Masadakı plan tərəflərin qarşılıqlı kompomislərinə əsaslanır. Rusiya isə məlum olduğu kimi, 2014‐cü ildən bəri kapitulyativ sülh tələb edir. (Müharibənin səbəbi Ukraynanın bu tələbləri rədd etməsidir). Rusiyanı xüsusilə narahat edən odur ki, Ukrayna öz tarixində ilk dəfə olaraq kənardan (böyük güclərdən) real təhlükəsizlik təminatları alaraq milli dövlətçiliyini qorumaq və güclü dövlət kimi Avropa coğrafiyası və dünya atlasında öz yerini almaq fürsəti əldə edir. Rus imperializmi isə elə bir sülh istəyir ki, öz zopasını hər zaman Ukraynanın başı üzərində tutaraq ehtiyac duyacağı halda yenidən ona savaş açmaq imkanlarını saxlasın, Ukrayna yarımcan dövlət (failed state) kimi qalaraq hərbi və iqtisadi baxımdan heç vaxt güclənə bilməsin.
Bu səbəblərdən Mar‐a‐Laqo görüşündən də istədiyi nəticənin çıxmadığını görən Moskva panikaya düşərək tez‐tələsik “Putinin iqamətgahına hücum” nağılını uydurdu. (Ukrayna təhlükəsizlik strukturları binaya dron çırpmaqla Putini öldürməyin mümkün olmadığın biləcək qədər peşəkardır). Ehtimal etmək olar ki, kim(lər)sə Putini inandırıb ki, Tramp Zelenskinin və Avropa liderlərinin inadkarlığından bezib, gəl ona belə bir pas ataq və o da bu pası qəbul edib ya Ukraynanın təslimçi şərtləri qəbul etməsində israr etsin, ya da ümumiyyətlə, prosesdən çəkilsin. Alınmadı…Trampın növbəti addımlarına gəldikdə, o, yəqin ki, Rusiyaya qarşı sərt tədbir görməkdən yayınaraq yenə ziqzaq cızmağa davam edəcək”.
Polise.az



