Dövlət Agentliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti tariximizə qəhrəmanlıq salnaməsi kimi yazılan 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, onlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, ehtiramlarını bildiriblər.

Polise.az



