Laçın polisi gücləndirilmiş iş rejimində – qarlı havada təhlükəsizlik tədbirləri artırılıb VİDEO

Qarlı hava şəraiti ilə əlaqədar olaraq Laçın Rayon Polis Şöbəsinin əməkdaşları şəhərdə fasiləsiz və gücləndirilmiş rejimdə xidmət göstərirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın rayonunda asayişin qorunması, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması və vətəndaşlara operativ kömək göstərilməsi məqsədilə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər. Polis əməkdaşları gün ərzində ərazilərə nəzarət edir, sürücülərə zəruri tövsiyələr verir və yaranan çətinliklərin aradan qaldırılması üçün tədbirlər görürlər.

Hava şəraitindən asılı olmayaraq, ictimai təhlükəsizliyin təmin olunması da daim diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, Laçın şəhərinə yağan qarın hündürlüyü 10-15 santimetrə çatıb. Qışın sərt keçməsi ilə bağlı aidiyyəti qurumlar gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

 

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button