Ərəblər Tehranın BOMBALANMASINI niyə istəməyib? – PƏRDƏARXASI

Xəbər verildiyi kimi, Səudiyyə Ərəbistanı başda olmaqla ərəb dövlətləri ABŞ hökumətindən Tehrana zərbə endirməkdən çəkinməsini istəyib. Tramp ABŞ-ın İrana zərbə endirməyə hazır olmalı olduğu barədə xəbərdarlıq etməsindən sonra ölkələr Vaşinqtona müraciət ediblər.

Belə ki, Səudiyyə Ərəbistanı, Oman və Qətərnümayəndələri Ağ Evə bildiriblər ki, İran rejimini devirmək cəhdi neft bazarlarında iğtişaşlara səbəb olacaq və nəticədə ABŞ iqtisadiyyatına zərər verəcək. Səudiyyə Ərəbistanı rəsmiləri Tehrana mümkün münaqişədə iştirak etməyəcəklərinə və ABŞ-ın İrana zərbə endirmək üçün hava məkanından istifadə etməsinə icazə verməyəcəklərinə zəmanət veriblər.

Maraqlıdır, sözügedən dövlətlərin belə müraciətinin arxasında əsas nə dayanır? Yalnız neftin qiymətinə təsirlər, yoxsa…

Mövzunu Musavat.com üçün iqtisad elmləri doktoru, professor Fikrət Yusifov şərh edib.

Professorun sözlərinə görə, Səudiyyə Ərəbistanı, Oman və Qətərin ABŞ prezidentinə İrana hücum etməməklə bağlı müraciətləri təəccüb doğurmamalıdır:

“Bu müraciətlərin kökündə neftin qiymətləri və hər hansı başqa bir məsələ dayanmır. Məsələ birdir! İranda 92 milyon insan yaşayır və hətta İsrail Birləşmiş Ştatlar prezidentinə indi İrana hücum etməyin vaxtı olmadığını bildirmişdi.

Bu dövlətlər yaxşı anlayırlar ki, İran daxilində bir-birinə düşmən mövqedə dayanan silahlı qruplaşmalar var. İrana hücum qısa müddətdə istənilən nəticəni verməsə, bu halda ölkə daxilində həmin qruplaşmalar arasında silahlı toqquşmalar qaçılmaz ola bilər. Bu isə olduqca təhlükəlidir. Belə toqquşmalar milyonlarla insanın İranı tərk edərək qonşu ölkələrə üz tutması ilə nəticələnə bilər ki, bu da bölgədə ciddi humanitar fəlakətin yaranması demək olacaqdır. Əgər İran daxilində belə bir qarşıdurma – silahlı toqquşmalar baş verərsə, vəziyyətin nizama salınması üçün aylar deyil, illər belə bəs etməz. Və son nəticədə bölgədə iqtisadi – siyasi sabitlik tam pozulmuş olar”.

Fikrət yeni.jpeg (153 KB)

F.Yusifov qeyd edib ki, bu gün İrandakı etirazların yatırdılması nəticəsində hadisələrin səngiməsi hələ hər şeyin bitməsi anlamına gəlməməlidir:

“Son iki gündür ki, İran rəsmiləri bir-birinin ardınca Qərbin və ilk növbədə ABŞ-nin ünvanına hədələr ünvanlamaqdadılar. Hesab etməyək ki, Qərb və xüsusilə də ABŞ və onun prezidenti Donald Tramp bu hədələri həzm edəcəklər. Düşünürəm ki, indiki halda Trampın “B” planı işə salınacaqdır. Bu plan nələri nəzərdə tutur, bunu yəqin onun ən yaxın çevrəsi və bir də özü bilir. Ancaq bu plan mütləq var. ABŞ Avroasiya məkanında əsas söz sahibi olmasa, o, özünün dünya hegemonluğu statusundan əl çəkməlidir. Bu səbəbdən o, həmin statusu qoruyub saxlamaqda olduqca israrlıdır. Trampın Panama kanalına, Venesuelanın neftinə nəzarəti ələ keçirməsi, Qrelandiyanı ABŞ torpaqlarına qatmaq yolundakı təkidi, Mərkəzi Asiyada və Zaqafqaziyada mövqelərini möhkəmləndirməsi sıradan bir addımlar deyil və o, İrana qarşı başlatdığı iqtisadi müharibəni də məntiqi sonluğa çatdıracaqdır – buna heç kimin şübhəsi olmasın!”

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button