Türkiyə MN 20 Yanvarla bağlı paylaşım etdi: Unutmadıq, unutdurmayacağıq

Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı paylaşım edib.

Polise.az  xəbər verir ki, paylaşımda deyilir:

“Qardaş Azərbaycanda baş vermiş və tarixə “Qara Yanvar” kimi düşmüş qeyri-insani hücumlar zamanı həlak olan şəhidlərimizi dərin hörmət və ehtiramla yad edirik.

Azərbaycan türk qardaşlarımızın yaşadığı ağrını ürəyimizdə hiss edir, tarix boyu olduğu kimi bu gün də həm xoş gündə, həm də çətin anlarda “Bir millət, iki dövlət” prinsipi ilə çiyin-çiyinə olacağımızı bir daha vurğulayırıq.

Unutmadıq, unutdurmayacağıq”.

Polise.az 
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button