Erməni politoloq: “Azərbaycanlı hərbçilər çox rahat şəkildə Xankəndidə gəzib-dolaşırlar”
“Azərbaycan hərbçiləri Dağlıq Qarabağda rahatlıqla gəzib-dolaşırlar”.
Bu barədə Dağlıq Qarabağda erməni “Enaket” analitik mərkəzinin təsisçisi və rəhbəri Tiqran Abramyan “Facebook” səhifəsində yazıb:
“Azərbaycanlı hərbçilər çox asudə, rahat şəkildə Xankəndidə dolaşırlar. Onlar dükanlara, supermarketlərə girir, alış-veriş edirlər. Özlərini evlərindəki kimi hiss edirlər.
Doğrudur, bunlar Rusiya sülhməramlıların müşayiəti ilə baş verir. Amma bu, mahiyyəti dəyişmir”.
O, bütün baş verənlərdə Ermənistan Baş naziri Nikol Paşinyanı günahlandırıb.