Rusiya XİN: UNESCO missiyası yaxın vaxtlarda Qarabağa gələ bilər

Rusiya xristian və müsəlman ziyarətgahlarının qorunub saxlanmasını qiymətləndirmək üçün UNESCO mütəxəssislərinin tezliklə Dağlıq Qarabağa gələcəyinə ümid edir.

TASS-ın məlumatına görə, bu sözləri Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinqdə səsləndirib.

“Ermənistan və Azərbaycan tərəfləri ilə əməkdaşlıq şəraitində UNESCO-nun abidələrin mühafizəsi və qorunması sahəsində tərəfdaşları olan nüfuzlu beynəlxalq QHT-lərin iştirakı ilə hazırlanmış missiyanın yaxın vaxtlarda əraziyə gələ biləcəyini və vəziyyəti obyektiv qiymətləndirəcəyini gözləyirik”, – deyə M.Zaxarova bildirib.

Rusiya XİN-in rəsmi nümayəndəsinin fikrincə, UNESCO mütəxəssisləri regiondakı xristian və müsəlman ziyarətgahlarının təhlükəsizliyi və hazırkı vəziyyəti ilə əlaqəli bütün suallara cavab verə biləcəklər.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button