Abbas Əraqçi: Xameneinin qaldırdığı bayraq yerdə qalmayacaq

Ali Rəhbər Ayətullah Əli Xameneinin ölümü bütün İslam dünyası üçün əvəzolunmaz və sarsıdıcı bir itkidir.

Polise.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

O, Ali Rəhbərin dövlətçilik irsinə və müqavimət yoluna toxunaraq bildirib:

“Belə bir şəxsiyyətin ölümü böyük bir itki və dözülməz bir kədər olsa da, onun möhkəm yolu dinamik və ilhamverici olaraq qalacaqdır”.

Xarici işlər naziri bu taleyüklü məqamda Xameneinin yolunu davam etdirməyin hər kəs üçün tarixi bir məsuliyyət olduğunu vurğulayıb:

“Onun qaldırdığı bayraq yerdə qalmayacaq, mömin və sarsılmaz əllər bu bayrağı daha uca zirvələrə çatdıracaqdır”.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button