Əli Nağıyevin triumfu: Prezidentin inandığı adam illərlə gözlədi və… – Bir təyinatın tarixçəsi
Ölkənin siyasi gündəmində bomba kimi partlayan təyinatlardan biri də Prezident İlham Əliyevin imzaladığı sərəncamla general-mayor Əli Nağıyevin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin edilməsi oldu. Uzun illər dövlətin təhlükəsizlik sektorunda işləmiş və peşəkar kəşfiyyatçı kimi tanınan Əli Nağıyevin bu vəzifəyə təyinatı çoxları üçün sürpriz olsa da, generalın keçmiş karyerasına nəzər saldıqda, onun DTX rəisi təyin olunmasının əslində, özünəməxsus qanunauyğunluqla baş verdiyini söyləmək olar.
Əli Nağıyev kimdir?
Əli Nağı oğlu Nağıyev 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. O, uzun illər Milli Təhlükəsizlik Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Keçmiş MTN rəhbəri Namiq Abbasovun dövründə nazirlikdə İqtisadi cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəisi olub.
Prezident İlham Əliyevin 28 mart 2018-ci il tarixində imzaladığı sərəncamla general-mayor Əli Nağıyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Keçmiş MTN rəhbəri Namiq Abbasovun vəzifədən azad edilməsiylə isə Əli Nağıyevin hekayəsi başlayıb və karyerasına həm müsbət, həm mənfi qeydlər düşüb.
Əli Nağıyev-Eldar Mahmudov toqquşması – Möhtəşəm triumf
Eldar Mahmudov 2004-cü ildə milli təhlükəsizlik naziri təyin edildikdən sonra sələfi Namiq Abbasovun kadrlarını – ki, həmin adamların hamısı peşəkar kəşfiyyatçılar idi – bir-bir nazirlikdən uzaqlaşdırmağa və yerinə öz adamlarını gətirəməyə başlamışdı. Yeni nazirin özfəaliyyətini balanslamaq üçün isə dövlət rəhbərliyi ona müqavimət göstərə biləcək və qeyri-qanuni işlərdən çəkindirəcək birinə ehtiyac duydu. Bu şəxs Namiq Abbasovun nazirliyi dövründəki fəaliyyəti ilə peşəkar imici qazanmış, ölkə rəhbərliyinin inandığı Əli Nağıyev idi.
Və beləliklə, Eldar Mahmudovun nazir təyin edilməsindən bir neçə ay sonra, 2005-ci ildə prezident İlham Əliyev Mahmudovun fəaliyyətini balanslayacaq Əli Nağıyevi MTN-nin ikinci şəxsi – birinci müavin təyin etdi. 27 mart 2006-cı ildə isə Əli Nağıyev dövlət başçısının sərəncamı ilə general-mayor hərbi rütbəsi ilə təltif edildi.
Elə bu təyinatın ardınca da Eldar Mahmudov-Əli Nağıyev toqquşması başlamış oldu. Uzun illər MTN-nin birinci və ikinci adamı arasındakı bu gərginlik mətbuat səhifələrini də bəzədi. Nağıyevi özünün yerinə ən potensial namizəd hesab edən Mahmudov hər vəchlə onu dövlət rəhbərliyinin gözündən salmağa, MTN-dən uzaqlaşdırmağa çalışırdı. O dövrdə MTN-nin nəzarətində olan mətbu orqanlarda Əli Nağıyevin əleyhinə müxtəlif kompromatlar dərc olunur, generala hər cür ittiham yönəldilirdi. Dövri mətbuatda haqqında korrupsiya ittihamları səsləndirilən Əli Nağıyev nəhayət, 2011-ci ildə Eldar Mahmudov tərəfindən “zərərsizləşdirildi”.
Mahmudovun quldurluq əməllərinin özünün ən vəhşi formasını qazanması üçün nazirlikdə ən böyük əngəl sayılan Əli Nağıyev nəhayət 2011-ci ildə MTN-dən kənara çəkildi. Nağıyev ölkə başçısının sərəncamı ilə MTN rəhbərinin birinci müavini vəzifəsindən azad edildi. Mahmudov çetesi isə dərhal ona qarşı hücumu daha da artırdı. MTN başçısına bağlı mətbuatda Əli Nağıyev korrupsiya ittihamlarına görə prezident tərəfindən vəzifədən uzaqlaşdırıldığını tirajlamağa başladı. Ölkə başçısı isə bu ittihamları və Eldar Mahmudovu sürpriz bir həmlə ilə susdurub yerlə-yeksan etdi. Korrupsiya ittihamlarına görə təhlükəsizlik nazirinin birinci müavini postundan uzaqlaşdırıldığı deyilən Əli Nağıyev bir ay sonra dövlət başçısı tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini vəzifəsinə gətirildi. Prezident bu həmləsi ilə Əli Nağıyevə etimadını təsdiqləmiş oldu.
Azərbaycan prezidentinin Nağıyevlərə etimadının başqa bir örnəyi isə Əli Nağıyevin özü kimi kəşfiyyatçı olan qardaşı Vəli Nağıyevlə bağlıdır. Belə ki, Nağıyevlərin Eldar Mahmudovla davalı olduğu illərdə təhlükəsizlik orqanlarından uzaqlaşdırılan və hətta Eldar Mahmudov tərəfindən həbs edilmək təhlükəsi belə üz-üzə qalan Vəli Nağıyev uzun illər bizneslə məşğul olmasının ardından ölkə başçısı tərəfindən yüksək vəzifəyə gətirildi. Vəli Nağıyev Eldar Mahmudovun vurulmasından sonra – 2015-ci ilin sonunda gözlənilmədən Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini postuna təyinat aldı. Ardınca isə prezident ona general-leytenant rütbəsi verdi. Bu təyinat isə onu göstərirdi ki, ölkə başçısı İlham Əliyevin Nağıyevlərə olan etibarı təkcə general Əli Nağıyevi yox, qardaşlarını da ehtiva edir.
2011-ci ildə Əli Nağıyevin MTN-dən uzaqlaşdırılmasından sonra Eldar Mahmudovun elədiklərini və başına gələnləri isə diqqətli oxucu zatən bilir.
Nağıyevin gedişindən sonra daha 4 il nazir postunda qalan və minlərlə qanunsuzluğa imza atan, ölkədən milyardlarla dolları qeyri-qanuni formada oğurlayıb çıxaran Mahmudov da nəhayət, 2015-ci ildə dövlət rəhbərliyinin qəzəbinə tuş gəldi və nəinki vəzifəsindən azad edildi, hətta ondan sonra MTN-də daş-daş üstündə qalmadı. MTN tamamilə dağıdıldı və yerində yeni sistem – Dövlət Təhlükəsizlik Xidməti yaradıldı.
Qisas zamanı: Nağıyevin dönüşü
Eldar Mahmudovun nazir postundan uzaqlaşdırılmasının ardınca DTX-ya rəhbər gətiriləcək şəxslər arasında adı ilk sırada hallanan şəxslərdən biri də məhz Əli Nağıyev idi. Uzun illər MTN sistemində yüksək vəzifələrdə işləyən və quruma aid hər şeyi bilən Nağıyevdən daha ideal kadr tapmaq da asan deyildi. Ancaq həmin ərəfədə gözlənilən olmadı və DTX rəisi vəzifəsinə Mədət Quliyev gətirildi. Nağıyev isə yenidən öz zamanını gözləməyə çəkildi.
Burada bir haşiyə çıxaq. Uzun illər Mahmudovla toqquşmada olan Nağıyevə MTN əməliyyatlarından sonra buradakı qanunsuzluqların araşdırılması üçün yaradılan istintaq qrupuna rəhbərlik həvalə edildi. Beləliklə, Eldar Mahmudov rahat-rahat cinayət əməlləri törətməsi üçün nazirlikdən hər vəchlə uzaqlaşdırmağa çalışdığı Əli Nağıyev kənara çəkilib zamanını gözləməyin mükafatını almışdı – Mahmudovun cinayətlərinin ifşası məhz ona tapşırılmışdı.
“Eldar Mahmudovun adamları deyirdilər ki, Əli Nağıyevlə Cavid Qurbanovun üzünə dur 1 milyon veririk”
Bir qədər əvvələ qayıdıb bu iki şəxs arasındakı toqquşmanın ən açıq dilə gətirilən formasını da xatırlayaq. 2013-cü ildə MTN tərəfindən həbs edilən jurnalist Pərviz Həşimli məhkəmədə sensasion bəyanatla çıxış elədi. Jurnalist açıqca dedi ki, Eldar Mahmudov ondan Əli Nağıyevin və Cavid Qurbanovun üzünə durmasını tələb edib. Bunu etmədiyi üçün də MTN əməkdaşları nazirin tapşırığı ilə ona qondarma cinayət işi açdırıb həbsinə nail olub. P.Həşimlinin sözlərinə görə, Eldar Mahmudov çetesi Nağıyevin və Qurbanovun üzünə durması halında ona pul da təklif edib. Sitat: “Dedilər, Əli Nağıyevin və Cavid Qurbanovun üzünə dur, 1 milyon veririk”.
Böyük qayıdış
Və nəhayət, təhlükəsizlik sistemindən uzaqlaşdırıldıqdan sonra 8 il kənarda, passiv vəzifədə öz zamanını gözləyən Əli Nağıyev ən yaxşı bildiyi sahəyə – kəşfiyyatçılığa qayıtdı. Əli Nağıyevin DTX rəisi postuna təyin edilməsini ölkə başçısı İlham Əliyevin ona çox inandığın bir nümunəsi saya bilərik. Uzun illər Nağıyevin müxtəlif cəbhələr tərəfindən vurulmasına mane olan və onu yanına çəkərək qoruyan dövlət başçısı generalın bu sədaqətinin mükafatını isə 8 il sonra verdi. Kənara çəkil deyiləndə səssizcə öz vaxtını, ölkə rəhbərinin yeni tapşırıqlarını gözləyən Nağıyevin ikinci baharı isə dünəndən başlayıb.
Şübhə yoxdur ki, Dövlət Təhlükəsizlik Xidməti Əli Nağıyevlə birlikdə daha da peşəkar sima qazanacaq. Nağıyevin DTX rəisi kimi ilk işlərindən birinin isə Eldar Mahmudovun dövründə təhlükəsizlik sistemindən küsdürülən və müxtəlif bəhanələrlə ya orqandan istefaya məcbur edilmiş, ya da daha kiçik vəzifələrə sürgün olunmuş peşəkar kəşfiyyatçıların yenidən bu sistemə qaytarılması və layiq olduqları postlara təyin edilməsinin olacağı gözlənilir…
Dövləti və milli maraqlara xidmətin Əli Nağıyev nümunəsi – Portret cizgiləri
Neçə ay öncə Moskva alimlərindən biri Əli Nağıyevin yanına göndərdilər
– Get – dedi. Danışmışam. Nə lazımdı edəcək.
Onda Əli Nağıyev Korrupsiyaya Qaşı Mübarizə İdarəsində çalışırdı, müavin idi.
O, isə getmədi. Gedə bilmərəm – dedi. Tanımıram – əlavə elədi. Və sonra məndən xahiş etdi ki, ona yardımçı olum… Bu adam məşhur fizik idi. Kvant fizikası üzrə İsraildə tədqiqatlar aparırdı… (o, ləyaqət sahibi olduğundan belə anlarda həmişə adını gizlədib…)
Polis yardımçı oldu. Sonra aşağı gözlənilmədən birisi düşdü. Mən onu tanısam da, kənara çəkildim… Əyninə boz pencək geymiş, gözünə saxta bir eynək taxan, ovurdları hər iki tərəfdən batmış… (təsvir üçün qələmə gəlmədi) birisi düz onun qabağında dayandı: – Ə kişi – dedi, çıx get burdan. Əli müəllim deyir ki, burdan çıxsın getsin… Bir də gəlmə bu yerlərə.
… Əslində fizikin nə üçün getdiyini bilmirdim. Heç soruşmadım da. Amma bilirdim ki, ömründə birinci dəfə idi gəlirdi. Sifətinə sanki ilan zəhəri sürtülmüş, göyümtül gözlərindən zəhər tökülən bu eynəkli adam mənim üçün əsər qəhrəmanına çevrildi. Amma hələ yazmadım. Yazacam ki, qoy ailəsi də, nəsli də… övladları da onu tanısınlar. Qürbət eldə ad-san qazanmış bir istedad sahibinin ürəyini qırmaq nə deməkdi. O hələ heç kim bilmədi ki, nə istəyirdi Əli müəllimdən. Mən bu gün bu yazını Yerusəlimə göndərəcəm. Və deyəcəm ki, qardaşım Əli müəllim – adı ilə ürəyin qırılmış general Əli Nağıyev sən düşünən adam deyil. Əli Nağıyev bu gün cəmiyyətlə paylaşdığım Əli Nağıyevdi…
Araşdırmalar zamanı məlum olub ki, “OPEK” neft ilə işləyən ABŞ-ın yeni hərbi kəşfiyyat təyyarəsi (təyyarə həm də bombardmançıdır) “EM-Bİ-22-Ospri”. Ölkənin HHQ cədvəlində diqqəti cəlb edən ən bahalı təyyarələrdəndir.
Amma sınaq müddətində bu təyyarə Şimali Karolinada qəzaya uğradı. Ötən ilin aprel ayında isə (2018) Maran hava limanında (Arizono Ştatı) yerə enərkən qəzaya uğradı. Nəticədə enmə zolağı sıradan çıxdı, 19 əsgər həlak oldu, Admiral – Dəniz Qüvvələri Korpusunun komandanı C.Cone bu təyyarəyə minməyi qadağan etdi.
Araşdırmalar göstərdi ki, mühərriklər onun üçün ayrılmış yanacağı tez söndürür, -yanacağın gücü mühərriklərə çatmır. “Bell helikopter teketron” və “Boinq” müştərək şirkətlərin elmi-tədqiqat laboratoriyaları aydınlaşdırdılar ki, Bakı nefti mövcud mühərrikləri hərəkətə gətirmək iqtidarına malik olan yeganə yanacaq növüdür.
Lakin artıq bu istiqamətdə düşünməyin özü sadəlöhvlük yaradırdı. Həmin yanacağın möhürlənmiş ərazisi – yatağı artıq satılmışdı. Dövlət Təhlükəsizlik Komitəsinin Arxivlərinə “açar” salınmışdı. Hakimiyyətə gəlmiş Xalq Cəbhəsinin tam məxfi idarəyə soxulmuş əməkdaşları özlərilə bağlı agentura sənədlərini axtarıb, sıradan çıxarır… yandırmaqla məşğul idilər. Materialların bir qismi isə əllərdə İran, Rusiya, Türkiyə… emissarlarına satılırdı. (Heç kəs gələcək tarix üçün “Agent” kimi yaşamaq istəmirdi. Amma anlamırdılar ki, DTK-nin arxivlərindən heç nə aparmaq mümkün olmur…) Bir tərəfdən də Azərbaycan iqtisadiyyatını təşkil edən neft sektoru ilə bağlı Respublikanın neft ərazilərinin ehtiyat
yataqlarının “məskənləri”ni işarə verən layihələr oğurlanıb, satılırdı. Biz həmin vaxt ölkənin layihə institutlarının qarşısında növbə tutmuş ingilis, amerikan, yəhudi, fransız, iranlı, kanadalı, rusiyalı… neft mühəndislərinin, iş adamlarını görürdük… və susurduq. Amma həmin vaxt Azərbaycanın milyardlarla manatı oğurlanırdı…
Sadəcə bütün bunları anlamaq üçün sadəcə vətəndaş olmaq lazım idi. Həmin vaxt ölkəmiz üçün vətəndaş ola bilmədik. Əksinə bəziləri ağına-boğuna baxmadan… ingilislə, amerikalı ilə, yəhudilə… Ailə qurmağı, qız verib, qız almağı, qohum olmağı şərəf işi hesab etdilər…
Dövlət Təhlükəsizlik Komitəsi isə susurdu, iflic olmuşdu. Ağrılı, acılı günlərə dözməyən təhlükəsizlik generallarından biri (DTK-generalı) öz otağında güllələnmiş… halda tapıldı… Faktiki DTK-si dağıdılmışdı… Bu Azərbaycan Xalq Cəbhəsinin DTK-nə hücumlarından biri idi. O da baş tutmuşdu.
Sonra xarici emissarlar Azərbaycan Qızıl və digər Dağ-Mədən yataqlarının oğurlanmış, xəlvəti yolla əldə etdikləri layihələri bazara çıxarıb satdılar. Və təəssüf edirəm ki, bundan sonra emissarlar Azərbaycanın genetikasına hücum etdilər… tayfa və nəsilləri üz-üzə qoydular. Bütün istiqamətlərdə Azərbaycanın strategiyaları it-bata düşdü.
Araşdırmalarımıza görə bax, elə həmin aylarda Azərbaycan ərazisində sağalmaz bir yaranın – xərçəng sindromlarının epidemiyasının əsası qoyuldu. (Mən hələ də anlaya bilmirəm: – necə ola bilər ki, ana bətnində olan uşaqda xərçəngin sindromları görünsün… Bütün bu bəlanın kökü ölkəmizə daşınan, pulsuz və təmənnasız evlərə… uşaqlara, məktəblərə…ailələrə verilən ərzaq bağlamalarında, iynə, dərmanlarda idi… O, bu gün də davam edir. Fikrimcə Ərzaq və yaxud Qida Təhlükəsizlik İdarəsini dağıtmaq və yenidən qurmaq maraqlı olardı. Şübhəsiz bu cəsarət tələb edir…)
Reyter Agentliyinin (London) Azərbaycanın iqtisadi kəşfiyyatı ilə bağlı açıqlamaları ciddi xəbərdarlıq idi. Ən ağrılısı bu idi ki, ölkənin Saatlı-Sabirabad zonasında xərçəng sindromlarından ölən uşaq və anaların… ayrıca qəbiristanlığı salınmışdı.
İqtisadi Kəşfiyyatın olmaması Azərbaycanın belini qırmış, onu yeni problemlərlə üz-üzə qoymuşdu. Bank sistemində bir neçə bank hesablamalara görə 8 bank çirkli pulların daşınmasında və yuyulmasında iştirak edir, qara bazarlarda arxeoloji qazıntılar zamanı əldə edilmiş qədim sikkələrin-qiyməti məlum olmayan qızıl əşyaların satışında vasitəçilik edirdi. İqtisadi balans pozulmuşdu. ABŞ mətbuatı Azərbaycanın İnfrastrukturlarında, xüsusən yolların çəkilişindəki, körpülərin qurulmasındakı yeni evlərin tikilməsi üçün “Baksovet” adlı bədnam qurumun aldığı milyon manatlarla aldığı rüşvətlərdən… məxfi qaydalarla saxlanılan qumarxana və fahişəxanalardan… doğum evlərində doğulan uşaqların satılmasından… yazırdı. Bizim TV və KİV isə zurna və dolmanın bizim olmasından yazır, buna müzakirələr açırdı. Şübhəsiz, biz bütün bunlara qayıdacağıq… Əlavə oxumaq istəyən varsa, ABŞ-ın Linkoln və Böyük Britaniyanın Kral kitabxanalarında üstündən məxfilik qrifi götürülmüş təqribən bir milyonluq səhifəsi olan qovluqları vərəqləsinlər. (Azərbaycan Respublikasının –
yeni qurulan və strateji əhəmiyyəti misilsiz olan ölkənin, dövlətin bütün bu ağırlığını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi çəkirdi).
Araşdırmalara görə yeni təyin olunan, lakin respublikanı gözəl tanıyan, onun kadrlarına bələd olan eks-prezident Heydər Əliyev materiallarla tanış olduqdan sonra Dövlət Təhlükəsizlik Komitəsini dağıdaraq, Milli Təhlükəsizlik Nazirliyini qurdu. Nazirliyin nəzdində İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi yaratdı və 1958-ci ildə Naxçıvanın Babək rayonunda anadan olan Əli Nağı oğlu Nağıyevi həmin idarəyə rəis təyin etdi. (o vaxta qədər Əli Nağıyev Komitədə müxtəlif qurumlarda çalışmış, güclü kadr kimi formalaşmışdı). O, həm də Milli Təhlükəsizlik Nazirinin müavini idi.
Nyu-Yorkda (ABŞ) nəşr olunan (qəzet həmçinin Çikaqoda böyük nüfuza malikdir) “Çikaqo Tribyun” qəzeti 2005-ci ilin dekabr nömrələrində biri-birinin ardınca yazılar dərc olundu. Yazılarım müəllifi Rassel yazırdı ki, neft ölkəsi olan Azərbaycan Nigeriya kimi (o da neft ölkəsidir) dağılmadı. Mahir dövlət siyasətçisi, ölkənin Prezidenti İqtisadi Cinayətkarlığa qarşı Mübarizə İdarəsi ölkəni iqtisadi dağıntıdan saxladı. Təhlükəsizlik zabiti Əli Nağıyev (sonradan o, nazirliyin general-mayoru oldu) Prezident Heydər Əliyevin kadrı kimi özünü təsdiq etdi. Güclü və sərt mövqeyə malik olan general Əli Nağıyev iqtisadi cinayətkarlığa qarşı mübarizəni şiddətləndirdi. “… Heç kəs onun qarşısında dayana bilmir və yaxud könüllü təslim olurdu… Əli Nağıyev və onun nazirlikdəki dəstəsi bir gündə təqribən ölkədən bir milyard dollar çıxarmağa cəhd edən cinayətkar bir dəstəni ifşa etdi… Azərbaycanda deyirlər ki, general-mayor Əli Nağı oğlu Nağıyev Vətənə, millətə, ölkə başçısı Heydər Əliyevə… ümumən Əliyevlər ailəsinə vicdan və ləyaqətlə xidmət edir. Azərbaycan şifahi xalq ədəbiyyatında belə bir məsəl tez-tez çəkilir:
““Yüz ölç, bir biç”. Görünür Prezident Heydər Əliyev Əli Nağı oğlu Nağıyevin təyinatında səhv etməmək üçün yüz ölçüb, bir biçib”.
Xatırladım ki, general Əli Nağıyev Azərbaycanda keçirilməsi mümkün sayılan onlarla İqtisadi dağıntıya səbəb ola biləcək mitinq və yığıncağın qarşısını alıb.
ABŞ Konqresinin kəşfiyyat sənədlərində isə çox ciddi və maraqlı sənədlər var.
Azərbaycan Dövlət Təhlüəkəsizliyi Nazirliyinin işi və mövqeyilə bağlı görülən işləri əhatə edən “MəXfi Arayışlarda” (indi məxfilik qrifi götürülüb. Oxumaq sərbəstdir) Oxumaq sərbəstdir) general-mayor Əli Nağıyev işinə yüksək qiymət verilir. Sənədlərdən məlum olur ki, general Əli Nağıyev keçmiş İttifaqın respublikaları sırasında Mütəşəkkil Cinayətkarlığa və iqtisadi sabotaja qarşı, bir başa dövləti sarsıdan cinayətkar dəstələrə qarşı amansız mübarizə aparan təhlükəsizlik generallarındandır. Azərbaycan təhlükəsizlik qüvvələrindən yazan və onu təhlil edən professor Haynte Fromm general-mayor Əli Nağıyev haqqında yazır ki, mən onu lap yaxından və yaxşı tanıyıram: “…O, (yəni general Nağıyev) bir cinayətin üstünə hücum edib, onu məhv edərkən onu Polifen kimi amansız və qəddar kimi görürdüm. Sonra qalib çıxdıqdan sonra… mən onu Axill kimi alicənab və şöhrətpərəst, lap sonda isə Aristid kimi mərd və ədalətli görürdüm. O, hədsiz dərəcədə səxavət və mürvət sahibidir…”
Araşdırma materiallarında oxuyuruq ki, şəxsən Azərbaycan Prezidentinə və onun ailəsinə qarşı hücuma hazırlaşan terrorçu qrupların məhv edilməsində onun əməyi
qiymətsizdir. İntelligen səviyyəsinə sayılıb, həmçinin xalqın və millətin rəğbətini, hörmət və ehtiramını qazanan generallardan biridir.
…Araşdırma materiallarına görə hələ 2005-ci ilin martın 12-də Bakı ABŞ səfirliyində Əli Nağıyevlə bağlı araşdırmalar aparılır. (Xatırladım ki, 2005-ci il, martın 16-da, 1372 saylı sərəncamla Əli Nağı oğlu Nağıyev Milli Təhlükəsizlik nazirinin müavini təyin olundu).
Həmin vaxt Bakıya təşrif gətirən ABŞ MKİ-nin generallarından olan Robert Qordon, Louenkori Barri, Corc Kolt, Armetron Fluton… Əli Nağı oğlu Nağıyevlə görüşmək, tanış olmaq istəyində olduqlarını bildirsələr də… müəyyən rütbə sahibləri buna mane oldular. Çünki amerikalı generallar artıq proqnoz vermişdilər ki, Azərbaycan Respublikasının gələcək Milli Təhlükəsizlik Naziri məhz Əli Nağıyev olacaq. (Bu adi proqnozdu. Amma hesablamalar özünü təsdiq etdi) Məlumata görə həm İstihbaratda (Türkiyə), həm MKİ-də (ABŞ), həm “Mossad” da (İsrail), həm Mİ-6-da (İngiltərə)… xüsusi xidmət orqanlarında bir qorxu və gərginlik var idi. (Dənizkənarı Park artıq İngilislərin öz agentlərilə görüş yerinə bura çevrilmişdi…)
Bakıda özfəaliyyətini “Müdafiə strategiyası” prinsipilə quran, güclü iqtisadi və hərbi strateji informasiya blokları olan “Pennzoyl” neft şirkətinin prezidenti general Tom Hamilton: “Cənab Prezident! 9 qaz kompressorundan 7-si tamamilə istismara verilmiş və qaz vurmağa hazırdır. Mən razılıq hissi ilə qeyd edirəm ki, dünən axşamdan sahilə qaz vurmağa başlanmışdır. Biz qaz kəmərinin sınaqdan çıxarılmasını sona çatdırmışıq. Qazın yığılması layihəsi indi Azərbaycan üçün yeni bir işdir. Fəxr edirik ki, mavi yanacaq Azərbaycanın ehtiyacları üçündür və qışda evləri qızdıracaqdır (?) Bu layihə bizə imkan verdi ki, təbii ehtiyatları milli ehtiyatlara çevirək…” (?) Bu onun Nigeriyadakı çıxışının təkrarı idi. O vaxt sadəcə sıravi zabit olan Əli Nağıyev bütün bunları bilirdi. Amma məqam gözləyirdi…
“Pennzoyl” neft şirkətinin başçısı, general Ceyms Peym isə Azərbaycan Prezidentini 1997-ci ilin avqust ayının 2-də Hyustonda (ABŞ) əmin edir: “…Əmin olun ki, 907-ci maddə məhz bu payızda (1997) aradan qaldırılacaqdır…”
“Konoko” şirkətinin Prezidenti general Arqu Bunxam: “…ABŞ konqresinin 1992-ci ildə “Azadlığı Müdafiə Aktı”na qəbul etdiyi 907-ci düzəlişin aradan qaldırılmasına yaxından kömək göstərəcəyimə əmin olun və bu sahədə ciddi iş aparacağıma söz verirəm…”
“Bi-Pi-AMOKO” şirkətinin nümayəndəsi general Maykl Taypehet: “…Biz 907-ci maddədən xəbərdarıq. Bu ədalətsizliyin aradan qaldırılması üçün hər cür köməklik göstərəcəyik…”
“Frontera resursuz” neft şirkətinin prezidenti general Uilyam Uayt: “…Biz əlaqələrimizin dairəsini həmişə genişləndirəcəyik. Çalışacağıq ki, Ermənistanla Azərbaycan arasında münaqişə sülh yolu ilə aradan qaldırılsın. Vaxtilə qəbul olunmuş 907-ci düzəlişin ləğv edilməsi istiqamətində əlimizdən gələni edəcəyik”.
“Şevron” neft şirkətinin prezidenti general Riçard Matske: “…ABŞ konqresinin vaxtilə qəbul etdiyi 907-ci düzəlişin aradan qaldırılması üçün “Şevron” şirkətinin göstərdiyi səylər böyükdür (?). 907-ci düzəlişin ləğv olunması barədə konqresmen Piter Rinqin irəli sürdüyü layihənin yüksək qiymətləndirirəm (Bu layihədən Bakının xəbəri varmı?)…” “Con Vinq ənd Çarli Uilson” neft şirkətinin prezidenti
general Çarli Uilson: “Azərbaycanda səmərəli (?) fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. 907-ci düzəlişin tezliklə aradan qaldırılmasına əməli köməklik göstərəcəyik…”
“Yunokal” şirkətinin prezidenti general Con Ayms: “…Cənab Prezident! Biz 907-ci düzəlişin qüvvədən düşməsi yolunda ciddi çalışırıq. Sizə səfir Con Mareskanı da təqdim edirəm. O da, 907-ci maddənin ləğvi üçün səylə çalışır…”
“Eksson” neft şirkətinin prezidenti, general Terri Kuns: “…Cənab Prezident! Siz bu gün fəxri texaslı seçildiniz, mən isə burada doğulmuş texaslıyam (Texas ştatı) və ona görə də indi özümü Sizinlə bir növ qan qohumu sayıram… (?) Çalışacağam ki, “Eksson” şirkəti nəyin bahasına olursa-olsun, 907-ci düzəlişi ləğv etsin. Bu istiqamətdə bizim öz proqramımız var…”
“Şell” neft şirkətinin (bu şirkət ABŞ-ın Hollandiya və Böyük Britaniya ilə birgə şirkətidir) icraçı direktoru, Admiral Filip Vate: “…Biz Azərbaycanın haqq işini həmişə müdafiə edəcəyik… Azərbaycan əleyhinə 907-ci düzəlişin ləğvi üçün çalışacağıq ki, ədalət bərpa olunsun…”
“Mobil” neft şirkətinin prezidenti, general Bill Skolins: “Cənab Prezident! Mən Sizə şirkətin direktorlar şurasının sədri cənab Notonun salamlarını və xoş arzularını çatdırıram. ABŞ konqresinin 1992-ci ildə qəbul etdiyi ədalətsiz 907-ci düzəlişin ləğv edilməsi sahəsində səylərimiz çoxdur və nəticəsi də olmalıdır…”
“AMOKO” korporasiyasının direktorlar şurasının sədri general Lourens Fuller: “…ABŞ konqresinin “Azadlığı müdafiə aktı”na 1992-ci ildə qəbul etdiyi ədalətsiz düzəlişin tezliklə ləğv olunacağına inanıram. Bu yolda bizim şirkət də xeyli iş görüb…” Hətta bəziləri Heydər Əliyevi müqaviləyə qol çəksin deyə, ona Dədə Qorqud dedi…
Kİm nə qədər istəyirdi… aparırdı. Məlumata görə xüsusi hesablamalar aparan Əli Nağıyev bütün bunlarla bağlı heç kəsə demədən ölkə başçısına doğru cəsarətli bir addım atır. Onun adına məktub yazır.
…Çekist, ölkənin iqtisadi cinayətkarlığına və terroruna qarşı mübarizə aparan general Əli Nağı oğlu Nağıyev 20 iyun 2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin 1274 nömrəli sərəncamı ilə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin edildi. Bir həftə sonra isə iyunda ona general-leytenan hərbi rütbəsi verildi.
Vaxt gözləmir. O dəyişir. Azərbaycan tədricən insana qol-qanad verən, onun haqqını qaytaran islahatlar meydanına çevrilir.
Mən bilmirəm, bəlkə də Dövlət Təhlükəsizlik Xidməti əvvəlki adına, imzasına qayıtdı. Çünki, bu Ulu Öndərin ilk fərmanlarından idi. Hiss edirəm ki, qurum öz şərəfli adına qayıdacaq. Buna ehtiyac var.
General Əli Nağıyevin çox sakit, intellekt səviyyəsi yüksək olan, mədəni, ləyaqət sahibi olan ailəsi, nəsli var. Məsələn onun qardaşı Sabir Nağıyev Xüsusi Dövlət Müdafiə Xidmətinin generalıdır. O, 2013-cü ildən general-mayordur.
Vəli Nağıyev isə Respublika Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavinidir. General-leytenant hərbi rütbəsini daşıyır.
Nağıyevlər nəsli Azərbaycanda yeganə nəsildir ki, onun üç generalı var. Əliyevlər nəsli Azərbaycanda yeganə nəsildir ki, onun iki Ali Baş Komandanı var…
Fransanın tanınmış ictimai-siyasi xadimi, Jorj Buffe Parisdə nəşr olunan “Millətə məktub” qəzetinə verdiyi müsahibədə xatırladırdı: “…Sənin öz millətini qoyub,
özgə millətlə fəxr etməyə haqqın yoxdur. Və həmişə Sizi gözləyir… ləyaqətli, şərəf və şöhrət gətirən övladlarını görəndə onlara baş əy, təzim et, sev onları. Çünki onlar da səni sevir”.
Rövşən Novruzoğlu
Politoloq, Milli Təhlükəsizlik məsələləri üzrə ekspert