Bağanıs Ayrım kəndindən başlanan vətən savaşının qəhrəmanı…

Uca Allaha sonsuz həmd və şükürlər olsun!

Bu gün hər bir Azərbaycan insanı Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı tarixi zəfərin və haqq-ədalət qələbəsinin xoşbəxtliyini yaşayır. Allah şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizi qorusun.
Vətən müharibsəi 12 iyul 2020-ci ildə Tovuz rayonundan başladığı kimi, XX əsrin sonunda ərazi bütövlüyümüz uğrunda mübarizənin 24 mart 1990-cı ildə Qazaxdan, Bağanıs Ayrım kəndindən başladığını desək, yanılmarıq. Düzür, ona qədər ermənilər Əsgəranda etnik zəmində toqquşma yaradaraq, iki Azərbaycan gəncini, Əli Hacıyevi və Bəxtiyar Quliyevi qətlə yetirmişdilər. Bağanıs Ayrım kəndində törədilənlər isə faciəvi, qeyri insani olmaqla bərabər, ilk işğaldır.
Keçmiş adı Seyid Ayrım olan Bağanıs Ayrım kəndi dağların döşündə, Bağanıs çayının sahilində, eyni zamanda çox mühüm strateji mövqedə yerləşir. Kəndin erməni silahlıları tərəfindən işğal planının kökündə duran səbəblərindən biri, bəlkə də birincisi İcevan-Noyemberyan, başqa sözlə desək, Ermənistanla Gürcüstanı birləşdirən yolun üzərində yerləşməsidir.
1990-cı il mart ayının 23-dən 24-ə keçən gecə  gün batandan sonra   Bağanıs Ayrım kəndi ilə üzbəüz erməni yaşayış məntəqələrindən göyə fişəng atılır. Hücum əməliyyatına işarə olaraq göyə tuşlanan fişəngdən sonra erməni silahlı birləşmələrinin Kəkil adlanan səmtdən və magistral yol boyunca kəndə 2-3 istiqamətdən hücum başlayır. Təkcə avtomatlardan deyil, iri çaplı silahlardan atəş aça-aça irəliləyən erməni silahlıları azərbaycanlılar üçün ən əziz bayram olan Novruz bayramını qeyd edən kənd sakinlərini vahiməyə salmışdı. Ahıllar, xəstələr, qadınlar və körpələr Quşçu Ayrım kəndi istiqamətə qaçmağa başlayır.
Bu geniş miqyaslı hücumun qarşısını almaq qeyri-mümkün idi. Ermənilərin silahlanmasına geniş şərait yaradan Sovet rəhbərliyi Azərbaycanda əhalidə olan silahların yığılmasına göstəriş vermişdi. Hətta hüquq mühafizə orqanlarına belə silah verilmirdi. Hələ 1989-cu ilin dekabr ayında Qazaxda xüsusi vəziyyət elan edilmiş, dekabrın 2-də rayon hərbi komendantı Kayqorodovun əmri ilə əhalidə olan ovçuluq silahlarının yığılmasına başlanmışdı. Rayon milis şöbəsində isə cəmi 7 avtomat saxlanmışdı.
Bu sayda az silahla güclü silah-sursata sahib erməni hərbi birləşmələrinin hücumunun qarşısını almaq mümkün deyildi. Təpədən dırnağa silahlanmış ermənilərin qarşısında cəmi 2 nəfər silahlı var idi: Qazax rayon Daxili İşlər şöbə8sinin əməkdaşı, milis işçiləri Zirəddin Əhmədov və Məcid Əhmədov. Onlar və kəndin silahsız müdafiə dəstəsi nə qədər çalışsalar da bu qədər ağır silahlanmış ermənilərin kəndə hücumlarının qarşısını ala bilmədilər. Zirəddin kənd sakinlərinə səslənib ki, silahımız yoxdur, kim bacarırsa kənddən çıxsın, canını qurtarsın. Doğrudan da kənd sakinlərinin köməyi ilə körpələri, qadınları, qocaları kənddən çıxarmaq mümkün olub.
Zirəddin Əhmədov
1990-cı ilin mart ayı Azərbaycan tarixində təkcə dövlət müstəqilliyinə gedən çətin və qanlı yolun yox, həm də insanlıq və vətənpərvərlik nümunələrinin yazıldığı dramatik səhifələrdən biri kimi yadda qalmışdır. Azərbaycanın Qazax rayonu, Ermənistanla sərhəddə yerləşən Bağanıs Ayrım kəndi, həmin dövrdə erməni silahlı birləşmələrinin sistemli və məqsədyönlü hücumuna məruz qalaraq ağır insan itkiləri ilə üzləşmişdir. Bu hadisə Azərbaycan xalqının yaddaşında böyük faciə səhifəsi kimi qalmışdır. Faciə nəticəsində 7 sakin insanlığa sığmayan işğəncələrə məruz qalaraq diri–diri ocğa atılaraq yandırıldı, 2 nəfər güllələnmişdir. Həlak olan sakinlərdən ən qocasının 75 yaşı  ən kiçiyi isə 39 günlük körpə idi. Faciə zamanı 17 ev yandırıldı, 11 ev isə qarət edildi. Bu faciədə a8dı əbədi həkk olunanlardan biri də Azərbaycan daxili işlər orqanlarının fədakar əməkdaşı, milis leytenantı Zirəddin Musa oğlu Əhmədov olmuşdur.
Zirəddin Əhmədovun Həyatı və Peşəkar Fəaliyyəti
Zirəddin Musa oğlu Əhmədov peşəkar hüquq-mühafizə orqanı əməkdaşı kimi fəaliyyət göstərmiş, xidməti boyunca yüksək mənəvi dəyərlərə və vətənə sədaqət prinsipinə sadiq qalmışdır. O, daxili işlər orqanlarında göstərdiyi xidmətlərlə təkcə hüququn qoruyucusu deyil, həm də cəmiyyətin təhlükəsizliyini təmin edən məsuliyyətli vətənpərvər obrazı kimi tanınmışdır. Onun xidməti yolu sadəcə qanunların tətbiqi ilə deyil, milli təhlükəsizlik məsələlərinə yanaşma tərzi və insani borc hissi ilə də seçilmişdir.
1990-cı il martın 23-dən 24-nə keçən gecə Azərbaycanın Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Bağanıs Ayrım kəndi tariximizin ən qaranlıq və faciəli  səhifələrindən birinə şahidlik etdi. Bu gecə Ermənistanın silahlı qüvvələri tərəfindən həyata keçirilən qəfil və qəddar hücum nəticəsində kənd demək olar ki, dağıdıldı, günahsız insanlar qətlə yetirildi, evlər yandırıldı, mülki şəxslər ya öldürüldü, ya da qaçmağa məcbur edildilər.
Bu hadisə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan mübarizənin erkən və acı nümunələrindən biri idi. Belə ki, kəndin müdafiəsi zamanı yalnız iki hüquq-mühafizə orqanı əməkdaşı – milis leytenantı Zirəddin Əhmədov və milis serjantı Məcid Əhmədov silahlı qarşıdurmada ön cəbhədə duraraq kənd əhalisini müdafiə etməyə çalışdılar.
Döyüş Səhnəsi: Qeyri-Bərabər Qarşıdurmanın Qəhrəmanları
1990-cı il martın 23-dən 24-nə keçən gecə Bağanıs Ayrım kəndinə qarşı həyata keçirilən hücum sadəcə silahlı toqquşma deyildi – bu, planlı şəkildə həyata keçirilmiş, dinc əhalinin kütləvi məhvinə yönəlmiş bir terror aktı idi. Təxminən 400 nəfərdən ibarət erməni silahlı birləşməsi, avtomatlar, pulemyotlar, əl qumbaraları, hətta ağır silahlar da daxil olmaqla müxtəlif müasir döyüş vasitələri ilə silahlanaraq kəndi bir neçə istiqamətdən mühasirəyə almışdı. Hücum gecə saatlrında  insanların yuxuda olduğu bir vaxtda, qəfil və təşkilatlanmış şəkildə baş vermişdi.
Kəndin mərkəzinə daxil olan ilk atəş səsləri qaranlığı yararaq hər tərəfə yayılmış, kənd sakinləri nə baş verdiyini anlamadan vahimə içində oyanmışdılar. Kəndin girişində yerləşən milis məntəqəsində gecə növbəsində xidmət aparan milis leytenantı Zirəddin Əhmədov və serjant Məcid Əhmədov silah səslərini eşidən kimi vəziyyətin qeyri-adi olduğunu dərhal anlayaraq sürətlə mövqe seçmişdilər.
Onların sərəncamında cəmi iki  avtomat silah və məhdud sayda döyüş sursatı vardı. Lakin bu iki nəfər kəndin taleyini öz çiyinlərində daşımağa qərar vermişdilər. Onlar kəndin yuxarı hissəsində – strateji baxımdan daha yüksək bir mövqedə yerləşərək erməni birləşmələrinin kəndə girişini mümkün qədər ləngitmək və əhalinin toplanıb təhlükəsiz ərazilərə keçməsinə zaman qazandırmaq üçün mövqe seçmişdilər.
Düşmən kolonunun ön dəstələri kəndin girişinə çatanda Zirəddin Əhmədov ilk dəfə atəşlə düşmənin canlı qüvvəsini məhv etdi. Bu, düşmənin gözləmədiyi müqavimət idi. Erməni silahlı dəstələri hücumlarının qarşısında real silahlı müqavimətlə üzləşəcəklərini düşünməmişdilər. Zirəddinin dəqiq atəşi nəticəsində bir neçə erməni silahlısı yerindəcə məhv edildi. Bu, hücum edənlərin qısa müddətlik tərəddüd etməsinə səbəb oldu.
Lakin say üstünlüyü və silah gücü tezliklə öz sözünü dedi. Qısa müddətli atışmadan sonra Məcid Əhmədov düşmənin açdığı pulemyot atəşi nəticəsində ağır yaralandı və  şəhid oldu. Onun qan içində can verdiyini görən Zirəddin Əhmədov bir an belə tərəddüd etmədi. O, mövqeyini dəyişərək daha əlverişli təpəlik bir sahəyə keçdi və döyüşü təkbaşına davam etdirməyə başladı.
Zirəddin Əhmədov artıq həm fiziki, həm də psixoloji olaraq insan gücünün həddini aşan bir sınaqla üz-üzə qalmışdı. Bir tərəfdə şəhid yoldaşı, digər tərəfdə kəndin ah-nalə içində çaşqın düşmüş sakinləri, qarşıda isə avtomatlarla, qumbaralarla və ağır texnika ilə irəliləyən 400 nəfərlik erməni  terrotçu birləşməsi.
O, döyüş mövqeyindən kəndin içərisinə çəkilə-çəkilə atəş açır, hər dəfə düşmənin irəliləməsinə mane olurdu. Güllələrini qənaətlə istifadə edir, yalnız dəqiq nişan aldıqda atəş açırdı. Əldə etdiyi hər saniyəni kəndlilərin xilasına sərf etməyə çalışırdı. Ətrafında qəlpələr partlayır, od və tüstü göy üzünü bürüyürdü. Bir mərmi partlayışı nəticəsində qəlpə onun sol qolunu yaraladı – lakin o, silahını yerə qoymadı.
Döyüşün artıq kəndin içərisinə keçdiyini görən Zirəddin Əhmədov, həyatını riskə ataraq sağ qalmış qadın və uşaqları evlərdən çıxarmağa başladı. Yaralı vəziyyətdə qapıları döyür, insanları oyadır, onlara çıxış yollarını göstərirdi. O, bir cəsur əsgər kimi döyüşürdü, bir xilasedici kimi insanları təhlükədən uzaqlaşdırırdı, bir rəhbər kimi kəndin ruhunu diri saxlayırdı.
Bir çox  kənd sakini onun yardımı ilə evlərdən çıxarılaraq ətraf meşəliklərə və təhlükəsiz istiqamətlərə yönəldilmişdi. O, yaralıları öz çiynində daşıyır,  uşaqları qucaqlayıb aparırdı. Hətta bir hadisədə, qumbara səsləri altında iki azyaşlını  bir evin zirzəmisindən çıxararaq yaxınlıqdakı təpəyə qədər daşıdığı, sonra geri dönərək yaşlı bir qadını xilas etdiyi qeyd edilir.
Kənd sakinlərinin ifadələrinə əsasən, əgər həmin gecə Zirəddin Əhmədovun göstərdiyi rəşadət olmasaydı, Bağanıs Ayrımda baş verən insan tələfatı dəfələrlə artıq ola bilərdi. Onun həm döyüş bacarığı, həm də fövqəladə soyuqqanlılığı insanlara ümid verən, onları ruhdan salmayan əsas faktor olmuşdur.
Zirəddin Əhmədovun Bağanıs Ayrım faciəsi zamanı göstərdiyi qəhrəmanlıq, Azərbaycan xalqının yaddaşında təkcə hüquq-mühafizə əməkdaşı kimi deyil, xalqın keşiyində duran əsl vətəndaş və milli qəhrəman obrazında əks olunmuşdur. Onun timsalında, dövlətin və xalqın təhlükəsizliyinə xidmət etməyin, fədakarlığın və vətənpərvərliyin necə bir yüksək mənəvi məsuliyyət olduğu bir daha nümayiş etdirilmişdir.
Zirəddin Əhmədov döyüş meydanında şəhid olmasa da, o gecənin fiziki və mənəvi izləri ömürlük onun yaddaşına həkk olunmuşdur. Onun sağ qalması və yaşadığı acı təcrübə, gələcək nəsillərə real qəhrəmanlıq haqqında danışmaq üçün bir şahidlikdir. Lakin təəssüf ki, bu cür qəhrəmanlıqlar hələ də tariximizdə lazımi qədər işıqlandırılmır, sənədləşdirilmir , hüquqi  qiymət verilməmiş və rəsmi səviyyədə təbliğ olunmur.
Bağanıs Ayrım faciəsi və onunla bağlı göstərilən fədakarlıq nümunələri – xüsusilə də milis leytenantı Zirəddin Musa oğlu Əhmədovun göstərdiyi qəhrəmanlıq – təkcə lokal bir müdafiə təşəbbüsü deyil, milli müqavimət və ərazi bütövlüyü uğrunda mübarizənin simvoludur. Lakin bu hadisə baş verdiyi dövr – Sovetlər İttifaqının süqutu və hüquqi-hərbi strukturların iflic vəziyyətə düşdüyü, dövlət idarəçiliyində xaotik bir dönəmin hökm sürdüyü mərhələ ilə üst-üstə düşdüyü üçün, nə faciəyə hüquqi-siyasi qiymət verilmiş, nə də qəhrəmanlara rəsmi səviyyədə dövlət mükafatları təqdim edilmişdir.
Zirəddin Əhmədovun həmin dövürdə  Azərbaycan hüquq-mühafizə sisteminin fədakar əməkdaşı olmaqla yanaşı, eyni zamanda dövlətin və xalqın təhlükəsizliyi uğrunda həyatını riskə atan, qeyri-bərabər şəraitdə silahlı düşmənə qarşı müqavimət göstərən əsl vətəndaş cəsarəti nümunəsidir.
Qeyd etmək istərdik ki hal hazırda qanunsuz erməni hərbi birləşmələrinin üzvləri olan şəxslər üzərində Bakı Hərbi Məhkəməsində davam edən məhkəmə işində Zirəddin  Musa oğlu Əhmədovun qanuni varisləri də işrirak etmiş və onlar da zərərçəkmiş kimi tanınmışlar. Diqqətinizə çatdırmaq istərdik ki  qanunsuz erməni hərbi birləşmələrinin üzvi olmuş, qərb bölgəsində qanunsuz erməni hərbi birləşmələrinə rəhbərlik etmiş Seno  adlı  şəxs  ( sovet dövründə Qazax Rayonunda Mebel Fabirkinin müdiri olub )  Zirəddin  Əhmədovun başına  o zaman  10 000 (on min) rubl mükafat təyin etmişdir. Bu faktlar hazırki  məhkəmə prosesindədə öz əksini tapmışdır.

Sərxan Carçı

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button