Qazağın Yeddi para kəndinin Qəhraman müdafiəçisi milis zabiti Zirəddin Musa Əhmədov!

1990–1992-ci illər ərzində Yuxarı Əskispar, Aşağı Əskispar, Bağanıs Ayrım və Xeyrimli kəndlərində ağır və qanlı döyüşlər getmişdir. Bu döyüşlərdə Zərəddin Əhmədov Musa oğlu da bir döyüşçü və xalqın müdafiəçi qəhramanı kimi böyük igidlik göstərmiş, ən çətin anlarda belə mövqeyini tərk etməmişdir.
1992-ci il iyun ayının 14-də erməni silahlı terror dəstələri tanklar, minaatanlar, BMP-lər və digər ağır döyüş texnikaları ilə silahlanaraq Aşağı Əskispar kəndi istiqamətində genişmiqyaslı hücuma başladılar. Bu hücum digər kəndlərə edilən hücumlardan geri qalmırdı — düşmən 1000-ə yaxın canlı qüvvə, həm də döyüş texnikası ilə hücma keçmişdi.
Hücumun qarşısını almaq milis əməkdaşları və könüllülərdən ibarət kiçik bir qurup xalqın müdafiəçilərinin üzərinə düşürdü. Cəmi bir neçə avtomatla silahlanmış könülü döyüşçülər qeyri-bərabər və son dərəcə çətin olan döyüş aparırdılar.
Bu döyüşdə də digər kəndlər gedən döyüşlərdə cəsurluğu, mərdliyi ilə yaddaşlarda qalmış mils baş leytinantı Zərəddin Əhmədov da döyüşürdü böyük qəhrəmanlıq göstərərək düşmənin canlı qüvvəsinə sarsıdıcı zərbələr endirdi, onların irəliləməsinin qarşısını alırdı. Bu torpaqlar onun ata – baba yurdu olduğı , həmçinin ərazilərin sahə müvəkkili kimi xidmət etmiş olması Aşağı Əskispar kəndinin coğrafi xəritəsini tanıması demək idi. Kəndin Qazançı dağının ətəyində və Coğaz çayın sahilində yerləşdiyini nəzərə alaraq, düşmənin iki əsas istiqamətdən hücuma keçəcəyini əvvəlcədən müəyyən etdi.
O, döyüş yoldaşlarına iki qrupa bölünməyi təklif etdi: bir qrup Coğaz çayı istiqamətində mövqe tutdu, Zərəddin Əhmədov isə bir iki nəfər silahdaşı ilə birlikdə Qazancı dağına gedən yolu bağladı. Düşmənin yüksəklikləri ələ keçirərək kəndi atəş altında saxlamaq niyyətini anlayan igid döyüşçü Zirəddin.Ə onların planını pozmağa nail oldu. O, bir neçə düşmən canlı qüvvəsini məhv etdi, həmçinin düşmənin bəzi döyüş texnikalarını sıradan çıxardı. Nəticədə düşmən geri çəkilməyə məcbur oldu.
Lakin bu geri çəkilmə uzun sürmədi. Qısa müddət sonra düşmən daha böyük qüvvə ilə geri qayıtdı və tanklar, BMP-lər, Mina atanlarla mövqeləri güclü atəşə tutdu. Ağır texnika qarşısında müqavimətin mümkünsüz olduğunu görən müdafiəçilər döyüşə-döyüşə geri çəkilməyə məcbur oldular. Zərəddin Əhmədov da silahdaşları ilə birlikdə sonadək müqavimət göstərərək, kəndə dinc sakinlərin yaşılı qadınların körpələrin evakuasiya olunmasında sağ salamat kəndi tərk etmələrinə köməklik göstərir, onları müdafiə edərk təhlükəsiz mövqelərə çıxarır onları düşmən gülləsindən qoruyaraq döyüşə -döyüşə geri çəkilirdilər.
Bu qanlı döyüşdə beş nəfər şəhid oldu, bir nəfər əsir götürüldü. Evlər yandırıldı, talan edildi və kəndi xarabalığa çevrib işğal etdilər.
Onun döyüş yoldaşlarından olan Becan Qocayev Zərəddin Əhmədovun Musa oğlu haqqında bu sözləri demişdir:
“Zərəddin çox sərrast atəş açırdı, onun gülləsindən düşmənin yayınması nadir hallarda baş verirdi.Düşməni gördüyü anda yerindəcə məhv edirdi.
Bizə iki ədəd əl qunarası vermişdilər, döyüşün qızğın anlarıda düşmənə tərəfə atıq amma qunbara partlamadı, düşmən BMP- si yaxın mövqeyə çatırdı başqa qunbaramız yox idi.Düşmənin texnikasının yaxınlaşdığını dörən Zirəddin qunbaranı nişan alıb güllə ilə vurub partladı ondan sonra düşmənin irəlləməsi xeyli ləngidi onu etməsəydi bizdə döyüşçü yoldaşlarmız kimi şəhid olacaqdıq.
Bir sözlə Zirəddin Əhmədov düşmənin əsl kabusuna çevrilmişdi onu görən düşmənin döyüşçüsü sağ qalmırdı.Mən belə xalq qəhramanları tarixi kitablarda, əsərlərdə eşitmişdi amma bu döyüşlərdə isə Zirəddin Əhmədovda o, qərahmalıqları görüb şahidi oldum.Onun aftomat silah bir qədər döyüşdükdən sonra qızırdı, köhnə silahlı idi Lakin o dayanmırdı dər hal öz tabeli silahı olan tapaçası ilə də düşmənə zərbələr endirir döyüşürdü . O tez -tez deyirdi kaşki məndə əlimdə müsir bir silah döyüş texnikaları və yetərincə silhmız-sursatmız olardı, düşmənin nə bir canlı qüvvəsini, nə də texnikasını torpaqlarımıza bir addım atmağa imkan verməzdim. Zirəddin düşmənə aman vermirdi düşmənin başına elə od ələyirdi ki, qarşı tərəfdə böyük bir dəstə ,tabor olmağını fikirləşirdi.
Buna görə də “Saqqalı boyoviklərin” başçıları tərəfindən başın mükafat təyin olunmuşdu. Lakin bu, onu heç vaxt qorxutmur, əksinə, daha da mətinləşdirirdi. O, mərdcəsinə sinəsini irəli verərək əsil qəhraman kimi döyüşürdü. O vaxtlar DİN Qazax rayon şöbəsinin rəisi olmuş polkovnik Əhət Həsənov -her zaman Zirəddin Əhmədovu sıranın önüə çıxaraqaraq xidmətləridən keçdiyi keşməkeşli,ağır döyüş yolunda qaranlığdan bəhs edirdi onun kimi nümunavi polis əmkdaşı və xalqın xilaskar qəhramı olmağını digər əməkdaşlara aşılayırdı. Ə.Həsənov deyirdi Ə. Zirəddin kimi hər kəndə bir neçə qəhraman döyüşçü oğullarmız olsaydı Qazağın bir kəndi də bəlkədə işğal olunmazdı
Zərəddin Əhmədov göstərdiyi cəsarət, vətənə bağlılıq və fədakarlıqla həmin döyüşçülərin yaddaşında vətənin qəhrəman döyüşçü kimi iz qoymuşdur.

 

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button