Azərbaycanda bu il 12 erkən evlilik cəhdinin qarşısı alınıb – RƏSMİ

Azərbaycanda cari ilin 8 ayı ərzində 12 erkən evlilik halının qarşısı alınıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, hesabat dövründə quruma daxil olan 15 müraciət əsasında 12 erkən nikah cəhdinin qarşısı vaxtında alınıb.

Dövlət Komitəsindən həmçinin xatırladılıb ki, azyaşlıların erkən evliliyə məcbur edilməsi qanunvericiliyə əsasən Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə ciddi məsuliyyət və cəza tədbirləri yaradır.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button