Goranboyda sursat anbarındakı partlayışla bağlı üç nazirlik birgə məlumat yaydı – YENİLƏNDİ

Goranboy rayonunun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib.

Polise.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Bildirilib ki, hadisədən dərhal sonra aidiyyəti dövlət qurumlarının qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb.

Təhlükəsizlik məqsədilə yaxınlıqdakı insanlar təxliyə edilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

***

08:04

Goranboy rayonu, Nizami kəndi yaxınlığında yanğın baş verib.

Polise.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hazırda yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi üçün aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlər görülür.

Hadisə nəticəsində xəsarət alan yoxdur.

Medial
Medial
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button