266 kq-dan çox narkotik dövriyyədən çıxarılıb

Avqust ayında Azərbaycanda 266 kiloqram 873 qram narkotik vasitə və 5236 ədəd müxtəlif tərkibli həb dövriyyədən çıxarılıb.

Polise.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində aşkarlanan narkotik vasitələr və həblər dövriyyədən çıxarılıb.

Məlumata görə, aşkarlanan narkotik vasitələrin 28 kiloqram 500 qramı bir halda pilotsuz uçuş aparatı vasitəsilə keçirilməyə cəhd zamanı müəyyən edilib.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button