Əli Vəliyevə məhkəmə hökm oxudu – 9 ay müddətinə islah işləri cəzasına məhkum edildi

Bu gün Bakı şəhəri Xətai rayon Məhkəməsində Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızını təhqir etdiyi və böhtan atdığı üçün Əli Vəliyevə hökm oxunub.
Bu barədə Teleqraf-a Aynur Camalqızının vəkili Səbinə Əliyeva məlumat verib.
O bildirib ki, Əli Vəliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri təqsirli bilinib:
“Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə çıxarılan hökmə əsasən, o, qazancının 20% -i dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Həmçinin Əli Vəliyev barəsində başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri də seçilib”.
Polise.az



