Hərbi qulluqçularımız Koreyada keçirilən beynəlxalq müsabiqədə iştirak etdi – FOTO

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Koreya Respublikasının Gangvon əyalətinin İnje şəhərində təşkil olunan “4-cü Koreya Beynəlxalq Döyüş Təlimi Müsabiqəsi”ndə iştrak edib.

Polise.az xəbər verir ki, 11 ölkədən hərbi qulluqçuların iştirak etdiyi beynəlxalq müsabiqədə şəhər və dağ döyüşü, kəşfiyyat, pusqu, əks-pusqu və meşə əməliyyatları, müdafiə tapşırıqları, patrul fəaliyyəti, eləcə də yaralıların təxliyəsi üzrə tapşırıqlar yerinə yetirilib.

Tədbirin keçirilməsində əsas məqsəd iştirakçı ölkələrin orduları arasında döyüş hazırlığı sahəsində təcrübə mübadiləsinin aparılması və peşəkar əlaqələrin inkişaf etdirilməsidir.

Hərbi qulluqçularımızın beynəlxalq müsabiqələrdə iştirakı şəxsi heyətin yüksək döyüş hazırlığının, peşəkarlığının və müxtəlif döyüş şəraitlərində fəaliyyət imkanlarının nümayiş etdirilməsi, həmçinin bilik və bacarıqların paylaşılması baxımından əhəmiyyətlidir.

Medial
Medial
Medial
Medial
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button