Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapıldı

Ötən gün Azərbaycanda itkin düşmüş 4 nəfər tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 18-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Polise.az



