İşbazlar tikinti qaydalarına və insan hüquqlarına zidd davranır,hörmətsizlik edirlər

İşbazlar tikinti qaydalarına və insan hüquqlarına zidd davranır,hörmətsizlik edirlər
Bakı şəhəri Nərimanov rayonu,Teymur Əliyev küç.50,52,53 və yaxın ünvanında(hazırda Məmməd Araz küç)Daxili İşlər Nazirliyinin Əsaslı Tikinti idarəsi tərəfindən zamanında inşa edilmiş 4 beşmərtəbəli və 1 doqquz mərtəbəli binanın girişinə yaxın kiçik həyətində məhkəmə tərəfindən əmlakına həbs qoyulmuş,sonradan mülkiyyətçisi dəyişilən bir iş adamı malikanə üzərində mülkiyyət hüququ əldə etdikdən sonra,orada yaşayanların istirahət hüququnu ərşə çəkib.
Özü kənarda dolansa da,tikintidə çalışanlar sakinlərin iradına məhəl qoymur.Ağır tonnajlı,səsli-küylü beton daşıyan iri yüklü maşınlar sübh çağı saat 6-da,gündüz,günorta bilmədən ətraf mühitə ciddi zərər vurmaqla,bu sahədə Nazirlər Kabinetinin qüvvədə olan müvafiq hüquqi aktların tələbinə də zidd davranır,hörmətsizlik edir.
Faktiki olaraq yaxın ətrafda yaşayan binaların sakinlərinin təmiz havadan istifadə hüququ məhdudlaşıb.
Ya,tikinti gedən ərazi yaşayış binalarının hündürlüyü qədər pərdələnməli,tikinti qaydalarına ciddi əməl olunmalı ya da,vətəndaşlar tikinti başa çatana qədər tikinti sahibinin maliyə dəstəyi hesabına oradan müvəqqəti təxliyə olunmalıdırlar.
Bina sakinləri avtomobillərininin park edildiyi ərazi də tam zəbt edilib.
(Binanın əvvəlki sahibi barədə ətraflı məlumat sabahkı sayımızda.)
Müvafiq orqanlara tədbir görülməsini xahiş edirik.
Polise.az
Xəbər saytının şef redaktoru






5265f9ee-5ff4-4343-ab5d-1f1579bb0bc9
Polise.az



