“Polisə Dəstək “ İctimai Birliyi Dövlət Süverenliyi ilə bağlı təbrik mətnini yayıb

Azərbaycan xalqını, Ali Baş Komandanı, hər zaman yanımızda olan TDT-ni, qardaş Türkiyə Cümhuriyyətini, Pakistan dövlətini, qələbə sevincimizə şərik olan hər kəsi “Polisə Dəstək” ictimai birliyin İdarə Heyəti adından təbrik edir, İstiqlalımızın və dövlət suverenliyimizin davamlı olmasını arzulayıram.

Bir bayraq, bir ideya və vahid məqsəd uğrunda birləşə bildik. Nəticəsi göz qabağındadır.

Dövlət suverenliyinin tam bərpasında Azərbaycan polisinin qəhrəmanlıq salnaməsi müasir tariximizin qürur duyulan səhifəsi kimi, həm də məmnunluq yaradır.

Şəhidlərin ruhu qarşısında baş əyir, şəhid valideynlərinin hüzurunda təzim edir, dəqiq döyüş tapşırıqları verən, təkmil təlimatları ilə döyüş əzmini gücləndirən komandirlərə “həmişə var olun”, – deyirəm.

Dövlət Başçısının Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından sonra 2024-cü il 7 fevralda keçirilən növbədənkənar Prezident seçkilərində Xankəndidə seçki bülletenini qutuya atdığı zaman söylədiyi bir müdrik ifadə aydın səmada şimşək kimi çaxdı: “Mənim Xankəndidə qutuya atdığım bülleten sıradan adi bir bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan sonuncu mismar idi!”

Tanrı Türk dünyasına hər zaman dayaq olsun!

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button