Özbəkistan Naxçıvan dəmir yolunun tikintisində iştirak imkanlarını nəzərdən keçirir

Özbəkistan Naxçıvan dəmir yolunun tikintisində iştirak imkanlarını nəzərdən keçirir.
Polise.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu dəmir yolu Özbəkistana Türkiyənin Samsun və İstanbul limanlarına çıxış əldə etməyə imkan verəcək:
“Daşımalar sahəsində həyata keçirilən layihələr Özbəkistana tekstil, kimya, kənd təsərrüfatı və dağ-mədən məhsullarının ixrac marşrutlarını şaxələndirməyə şərait yaradacaq. Layihələrin həyata keçirilməsi müddətlərinin, maliyyələşdirmə mənbələrinin və gözlənilən nəticələrin dəqiq müəyyənləşdirilməsi vacibdir”.
Polise.az



