Türkiyədə məktəbin yaxınlığında atışma nəticəsində bir şagird ölüb, dördü yaralanıb

Türkiyənin Manisa əyalətində liseyin yaxınlığında baş verən atışma nəticəsində dörd məktəbli yaralanıb, biri həyatını itirib.
Polise.az xəbər verir ki, polis şübhəlinin şəxsiyyətini və hadisənin səbəblərini araşdırır.
Hadisə Manisanın Turqutlu rayonundakı Niyazi Üzməz Anadolu Texniki Liseyi yaxınlığında baş verib. Naməlum şəxs məktəbin yaxınlığında atəş açıb. Dörd şagird yaralanıb.
Atışma barədə məlumat verildikdən sonra polis və təcili yardım əməkdaşları liseyə gəliblər. Zərərçəkənlərə yerində ilkin tibbi yardım göstərilib və onlar xəstəxanaya aparılıblar.
Polis məktəbin ətrafını mühasirəyə alıb və araşdırmaya başlayıb. Hüquq-mühafizə orqanları atışmanın səbəblərini araşdırır və şübhəlinin kimliyini müəyyən edir.
Polise.az



