Mitteran rus casusun dosyesini Reyqana verib və… – DTK-nın texnologiya oğurlamaq niyyəti

“Soyuq müharibə” illərində ABŞ və Sovet İttifaqı bir-birinin elmi və texnoloji imkanlarını əldə etmək üçün geniş kəşfiyyat şəbəkələri qurub. Sovet İttifaqı xüsusilə Qərbin kompüter, mikroelektronika, rabitə və hərbi texnologiyalarını əldə etməyə çalışıb. Bu gizli mübarizənin ən böyük əməliyyatlarından biri 1980-ci illərin əvvəllərində üzə çıxıb. Hadisənin mərkəzində Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) polkovniki Vladimir Vetrov dayanıb.

DTK-nın gizli “Line X” şəbəkəsi

1970-ci illərdə Sovet İttifaqı Qərblə texnoloji rəqabətdə ciddi problemlərlə üzləşib. Sovet alimləri kosmos və fundamental elm sahələrində mühüm nəticələr əldə etsələr də, kompüter, mikroelektronika və digər yüksək texnologiyalarda Qərbdən geri qalıblar. Bu boşluğu doldurmaq üçün DTK-nın T baş idarəsi Qərbin elmi və texniki nailiyyətlərini toplamağa başlayıb.

442e5235-acac-48d9-852b-6a643cbcf114.jpeg (90 KB)

Bu fəaliyyət “Line X” adı ilə tanınıb. Şəbəkənin əməkdaşları müxtəlif ölkələrdə diplomatik nümayəndəliklərdən, əlaqələrdən və agentura imkanlarından istifadə edərək Qərbin yeni texnologiyaları barədə məlumat toplayıblar. Məqsəd yalnız hazır məhsulları əldə etmək olmayıb. Sovet kəşfiyyatı həmin texnologiyaların hazırlanma üsullarını, proqram təminatını, istehsal proseslərini və texniki xüsusiyyətlərini də öyrənməyə çalışıb. MKİ-nin araşdırmasına görə, bu sistem Sovet İttifaqına Qərbin texnoloji üstünlüyünü müəyyən qədər kompensasiya etməyə imkan verib.

Vladimir Vetrov isə sıradan kəşfiyyat əməkdaşı olmayıb. Mühəndis təhsili alan polkovnik DTK-nın Qərbdən əldə etdiyi texniki məlumatların qiymətləndirilməsi ilə məşğul olub. Buna görə də o, sovet texnoloji casusluğunun daxili mexanizmini yaxşı bilib. 1980-ci illərin əvvəllərində Vetrov Fransa kəşfiyyatı ilə əlaqəyə girib. Ona “Farewell” kod adı verilib. O, DTK-nın Qərbdəki texnoloji casusluq fəaliyyəti, istifadə olunan agentura şəbəkəsi və əldə edilən məlumatlar barədə sənədləri fransız tərəfinə ötürüb. Ən qiymətli materiallardan biri Qərb ölkələrində fəaliyyət göstərən sovet texnoloji casuslarının müəyyənləşdirilməsinə imkan verib. MKİ-nin məlumatına görə, sənədlərdə 200-dən çox “Line X” əməkdaşı barədə məlumat yer alıb. Beləliklə, Qərb ilk dəfə Sovet İttifaqının texnologiya toplamaq üçün qurduğu şəbəkənin daxili quruluşunu bu qədər geniş şəkildə görmək imkanı əldə edib.

Mitteran Reyqana məlumat verib

 

85347b6f-21a4-4161-96b1-5ba115fbebaf.jpeg (109 KB)

“Farewell” dosyesinin ən mühüm mərhələlərindən biri 1981-ci ildə baş verib. Fransa prezidenti Fransua Mitteran ABŞ prezidenti Ronald Reyqana fransız kəşfiyyatının əldə etdiyi məxfi mənbə barədə məlumat verib. Sonradan sənədlər ABŞ administrasiyasına təqdim olunub və MKİ materialları araşdırmağa başlayıb. Vaşinqton üçün bu məlumatların əhəmiyyəti böyük olub. ABŞ artıq yalnız Sovet İttifaqının Qərbin texnologiyalarını əldə etməyə çalışdığını bilməyib.

“Farewell” dosyesinin ortaya çıxmasından sonra ABŞ və NATO ölkələri sovet texnoloji casusluğuna qarşı tədbirləri gücləndirib. MKİ-nin araşdırmasında bu materialların Sovet İttifaqının texnologiya toplama sisteminə qarşı genişmiqyaslı əks-kəşfiyyat tədbirlərinə imkan verdiyi qeyd olunub.

1983-cü ildə Fransa sovet casusluğu ilə əlaqələndirilən çoxsaylı diplomatların ölkədən çıxarılmasını tələb edib. ABŞ və digər Qərb ölkələri də sovet texnologiya şəbəkəsinə qarşı tədbirlər görüblər. Beləliklə, illərlə gizli fəaliyyət göstərən “Line X” şəbəkəsinin mühüm hissəsi ifşa olunub.

a1db1a8e-8287-46ce-8ea2-e0f4829ab6d1.jpeg (139 KB)

 

“Farewell” əməliyyatı ilə bağlı ən maraqlı iddialardan biri ABŞ-nin Sovet İttifaqına nəzarət altında saxta və ya qüsurlu texnologiyalar ötürməsi ilə bağlı olub. MKİ-nin keçmiş əməkdaşı Qus Vaysın araşdırmasına görə, ABŞ sovet kəşfiyyatının texnologiya əldə etmək cəhdlərini izləyərək müəyyən hallarda ona yanlış və ya sonradan problem yarada biləcək məlumatların çatdırıb. Məqsəd Sovet İttifaqının texnoloji kəşfiyyat sistemini çaşdırmaq və əldə edilən məlumatların etibarlılığına zərbə vurmaq olub. Sonradan bu mövzu ətrafında daha sensasion versiyalar da yayılıb.

200c8992-537d-4bde-bc59-6bbe045468f6.jpeg (63 KB)

Onlardan birinə görə, 1982-ci ildə Sibir qaz kəmərində baş verən böyük partlayış ABŞ-nin SSRİ-yə ötürdüyü saxta proqram təminatına görə baş verib. Əməliyyatın ən dramatik hissəsi onun əsas mənbəsinin taleyi olub. Vetrov uzun müddət DTK daxilində fəaliyyət göstərib və Fransa kəşfiyyatına məlumat ötürdüyü gizli qalıb. Lakin 1982-ci ildə Moskvada baş verən cinayət hadisəsindən sonra o, həbs olunub. İstintaq zamanı onun xarici kəşfiyyatla əlaqəsi üzə çıxıb. Vetrov dövlətə xəyanətdə təqsirli bilinib və 1985-ci ildə edam olunub. Beləliklə, Qərbin sovet texnoloji kəşfiyyatının daxilinə nüfuz etməsinə imkan verən əsas mənbə aradan çıxarılıb.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button