Qarabağda törədilmiş vandalizm Ermənistanın dövlət siyasəti idi

Xalqımız qan tökərək, döyüşərək torpaqlarımızı azad etmişdir. Azərbaycan bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etmişdir. Separatçı liderlər, hərbi cinayətkarlar, uşaq qatilləri bu gün Azərbaycan həbsxanalarında öz cəzalarını çəkirlər.
Biz bu torpaqlara 30 ildən sonra qayıdanda nəyi gördük? Bunu indi bütün dünya görür – viran qoyulmuş şəhərlər, kəndlər, sökülmüş evlər, talanmış milli sərvətlərimiz, dağıdılmış məscidlər. 65 məscid Ermənistan dövləti tərəfindən tam dağıdılmışdır. Bax budur Ermənistan dövlətinin əsl siması.
Əslində bu, təkcə bizə, xalqımıza yox, bütün İslam dünyasına bir təhqir idi. Biz xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq. Xocalı qurbanlarını unutmayacağıq, dağıdılmış məscidlərimizi, təhqir edilmiş mədəni ocaqlarımızı heç vaxt unutmayacağıq. Bu yaddaş bizi daha da ayıq edəcək.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti



