Əfv sərəncamının icrasına başlanıldı

Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb.

Polise.az-ın məlumatına görə, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla ümumilikdə 20 nəfər əfv olunub.

Azərbaycan Prezidentinin sərəncamı əsasında əfv olunanlar arasında əcnəbi vətəndaşlar da var. Əfv siyahısındakı 5 əcnəbidən 1-i Fransa, 2-si Türkiyə, 1-i Rusiya, 1-i Pakistan vətəndaşıdır.

Əfv sərəncamı ilə 14 Azərbaycan vətəndaşı cəzaçəkmə yerindən azad edilir.

Bir nəfər isə azadlığın məhdudlaşdırılması cəzasından azad olunub.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button