On dörd Azərbaycan vətəndaşı əfv sərəncamı ilə həbsdən azad olundu

Əfv sərəncamının icrası nəticəsində 14 Azərbaycan vətəndaşı cəzaçəkmə yerində həbsdən azad olunub.

Teleqraf-ın xəbərinə görə, bunlar Aydəmirov Cəsarət Səfərqulu oğlu, Bağırov Elşən Malik oğlu, Balabəyov Fikrət Əlibəy oğlu, Bayramov Hikmət Abduləli oğlu, Beybudlu Xəyal Nemət oğlu, Əliyev Maarif Eldar oğlu, Kərimov Sahil Aqil oğlu, Qasımov Rəfail Güloğlan oğlu, Muradov Qurban Sultan oğlu, Musayev Cəlal İlham oğlu, Rəhimov İqbal Əliabas oğlu, Rüstəmov Elman Yaşılxan oğlu, Süleymanov Sürət Nemət oğlu və Süleymanzadə İlqar Vüqar oğludur.

Bildirilib ki, əfv sərəncamının icrası Bakı, Lənkəran və Naxçıvanda icra olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla ümumilikdə 20 nəfər əfv olunub. Azərbaycanda cəza çəkən 5 əcnəbi əfv edilib.

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, əfv olunanlar arasında əcnəbi vətəndaşlar da var.

Onlardan 5 nəfəri əcnəbi olmaqla 1-i Fransa, 2-si Türkiyə, 1-i Rusiya Federasiyası, 1-i Pakistan Respublikası vətəndaşıdır.

Əfv olunanlar arasında 14 Azərbaycan vətəndaşı cəzaçəkmə yerindən azadl edilir.

Bir nəfər isə azadlığın məhdudlaşdırılması cəzasından azad olunub.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button