“Kaşif Kozinoğlu işi”ndə saxlanılanların sayı artıb

Türkiyədə 2011-ci ildə Silivri həbsxanasında həyatını itirən keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində Vatan Partiyasının (VP) ümumi sədri, hüquq elmləri doktoru və yazıçı Doğu Perinçekin ifadəsi alınıb, “Kurtlar Vadisi” serialının ssenarisinə müdaxilə etdiyi müəyyən edilən keçmiş polis rəisi Bayram Özbek isə həbs edilib.

Polise.az “TRT Haber”ə istinadən xəbər verir ki, Silivri Respublika Baş Prokurorluğu tərəfindən 2011-ci ildə Silivri həbsxanasında dünyasını dəyişən keçmiş MİT əməkdaşı Kozinoğlunun ölümü ilə əlaqədar “qəsdən adam öldürmə”, “cinayət törətmək məqsədilə təşkilat yaratma, idarə etmə və üzv olma” və “2937 saylı qanuna zidd hərəkət” cinayətləri üzrə başlanmış istintaq davam edir.

Milli Kəşfiyyat Təşkilatının (MİT) mərhum əməkdaşı Kaşif Kozinoğlunun həbsxanada ölümü ilə əlaqədar yenidən başlanan istintaq çərçivəsində Doğu Perinçekin məlumatlı şəxs qismində ifadəsi alınıb. Perinçekin ifadəsi təxminən 2 saat davam edib.

Kurtlar Vadisi serialının ssenarisinə müdaxilə etdiyi müəyyən edilən keçmiş polis rəisi, ssenarist Bayram Özbek də həbs edilib.

Beləliklə, Kozinoğlu istintaqında həbs edilənlərin sayı doqquza yüksəlib.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button