Zərdabda “Diqqət uşaqlar” devizi altında tədbir keçirildi – FOTO

Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.

Polise.az-ın xəbərinə görə, bu istiqamətdə Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən 1 saylı tam orta məktəbdə hərəkət iştirakçılarının maarifləndirilməsi məqsədilə görüş keçirilib.

Tədbirdə çıxış edən polis əməkdaşları keçirilən maarifləndirici tədbirin əsas məqsədinin şagirdləri yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək və onların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısını almaq olduğuju bildiriblər.

Həmçinin, məktəblilərə yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışılıb, nişanlardan düzgün istifadə qaydaları haqqında geniş məlumat veriblər.

Görüşün sonunda məktəblilərə hədiyyələr təqdim olunub.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button