“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”

“Ermənistan Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasındakı çıxışında ölkəmizin artıq Azərbaycan və Türkiyədən asılı olduğunu bəyan etdi”.

Polise.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

“Ermənistan dünyadan nə istəyir? Bu, Nikolun çıxışında öz əksini tapmalı idi. Faktiki olaraq, Nikol Nyu-Yorka ancaq Azərbaycan və Türkiyənin maraqlarından çıxış etmək üçün getmişdi. O, Ermənistanın bu gün Azərbaycan və Türkiyədən asılı olan dövlət olduğunu təkrarlamaq və dolayı yolla təsdiqləmək üçün orada idi. Məhz bu, Ermənistanın faktiki xarici siyasətinə çevriləcək”, – o bildirib.

Zakaryanın fikrincə, Paşinyan həmçinin BMT-nin tribunasında Ermənistanın özünün təbii və real müttəfiqi Rusiyadan uzaqlaşacağını və Qərb-Cənubi Qafqaz-Mərkəzi Asiya oxuna inteqrasiya edəcəyini nümayiş etdirməyə çalışıb. Keçmiş nazir müavini bunu “Ermənistanın türk dünyasına inteqrasiyası” kimi də xarakterizə edib.

Zakaryan baş nazirin Lüksemburq, Xorvatiya, Litva, Niderland və Bolqarıstanla “strateji münasibətlər” barədə sözlərini də tənqid edib. O qeyd edib ki, bu ölkələrlə münasibətlərin strateji xarakter daşıması barədə bəyanatlar reallığa uyğun gəlmir.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button