Zaqatalada keçmiş məhkumdan 1,5 kiloqram narkotik vasitə aşkarlandı

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib kİ, tədbirlərlə əvvəllər məhkum olunmuş F.Buğluyev saxlanılıb.

Ondan 1 kiloqram 500 qram narkotik vasitə aşkarlanıb. Saxlanılan şəxs narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşından satmaq məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, F.Buğluyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button