ABŞ-nin yeni sanksiyalarına baxmayaraq, İrandan Ermənistana uçuşlar davam edir

İran aviaşirkətləri Çin, Ermənistan, Rusiya və Türkiyəyə uçuşları davam etdirir.
Polise.az xəbər verirt ki, bu barədə İranın “İmam Xomeyni” Beynəlxalq Hava Limanının baş direktoru Ramin Kaşif Azər məlumat verib.
“Çin, Ermənistan, Rusiya və Türkiyədəki hava limanlarının cədvəllərində heç bir dəyişiklik olmayıb”, – o bildirib.
Ermənistanın “Zvartnots” Beynəlxalq Hava Limanının onlayn uçuş cədvəlinə əsasən, bu gün Tehrandan Yerevana iki uçuş planlaşdırılıb.
ABŞ-nin İranın aviasiya sektoruna qarşı yeni sanksiyaları sentyabrın 23-də qüvvəyə minib. Vaşinqton xəbərdarlıq edib ki, İran aviadaşıyıcılarına xidmət göstərən istənilən hava limanı və ya şirkət ABŞ-nin dollar sistemindən kənarlaşdırılma riski ilə üzləşə bilər. Bu fonda Gürcüstan, Oman, BƏƏ, İraq da daxil olmaqla, bir sıra ölkələr hava limanlarını İran aviaşirkətləri üçün bağlayıblar.
Polise.az



