Zelenskinin Ofisi Trampın Ukrayna liderini Putinlə görüşmək üçün Moskvaya getməyə çağırması xəbərini təkzib etdi – YENİLƏNDİ

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisi ABŞ Prezidenti Donald Trampın onu Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar üçün Moskvaya dəvət etməsi ilə bağlı xəbərləri təkzib edib.

Polise.az xəbər verir ki, bu barədə “Financial Times”ın müxbiri Kristofer Miller Zelenskinin ofisindəki mənbələrə istinadən məlumat verib.

Məlumata görə, prezidentlər üçtərəfli danışıqların mümkünlüyünü müzakirə ediblər, lakin Tramp Zelenskinin Putinlə görüşmək üçün Moskvaya getməsini təklif etməyib.

Daha əvvəl “Bloomberg” mənbələrə istinadən xəbər verib ki, Tramp Zelenskini Putinlə danışıqlar üçün Moskvaya dəvət edib. Agentliyin məlumatına görə, Ukrayna lideri təklifi rədd edib.

***
22:00

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən görüşdə ABŞ Prezidenti Donald Tramp Vladimir Zelenskini Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər etməyə çağırıb.

Polise.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb .

Agentliyin məlumatına görə, Tramp keçmişdəki imtinalara baxmayaraq, ABŞ Rusiya-Ukrayna danışıqlarını bərpa etməyə çalışdığı bir vaxtda Volodimir Zelenskini Moskvaya səfər edərək Vladimir Putinlə görüşməyə çağırıb.

Agentliyin mənbələrinə görə, Zelenski Amerika liderinin təklifini rədd edərək Trampın bu məsələni qaldırmasından məyus olduğunu bildirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button